Icma.az
close
up
RU
Beşiktaş 7 skautla vidalaşdı!

Beşiktaş 7 skautla vidalaşdı!

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

''Beşiktaş''da yeni mövsüm üçün transfer və digər çalışmalar davam edir.

Bu arada ''ağ-qaralar''ın yenilənmə prosesi adı altında 7 skaut ilə yollarını ayırdığı məlum olub. Kluba son dönəmlərdə bir sıra istedadlı gəncləri qazandıran həmin skautların adları da məlumdu. Bu xəbəri ''Hürriyət'' nəşri paylaşıb. Bu skautlar əsasən Türkiyə daxilində istedadların tapılıb kluba cəlb olunmasına cavabdehlik daşıyırdılar.
Həmin skaut departamentinin rəhbəri Necdet Ərgün ilə yanaşı Saffet İşlər, Haluk Duranoğlu, Haluk Çakar, Kasım Gündüz, Değer Batmaz və Haydar Etik ilə də yollar ayrılıb. İddialara görə bu əməliyyatın başında ''Beşiktaş''ın yönəticisi və idarə heyətinin üzvü Mustafa Mollaoğlu dayanıb. Necdet Ərgün klubla əlaqəsi kəsildikdən sonra bu qərara bu sözlərlə etirazını bildirib:

''Günahımız nə idi? İstedadları tapıb ortaya çıxarmaq idimi? Ərsin Destanoğlu, Semih Kılıçsoy, Mustafa Həkimoğlu kimi gəncləri kluba qazandırmaqla səhvə yol verdikmi? Bu qədər əməyin qarşılığı bu cür olmamalı idi''.

Rəhbərliyi birdən-birdə 7 skautla vidalaşmağa nəyin vadar etdiyi barədə məlumat yoxdu. Klubdan da hələ ki, heç bir rəsmi açıqlama verilməyib. Amma bu yerdə xatırladaq ki, ''Beşiktaş'' martın 1-də tanınmış almaniyalı skaut Eduard Qraf ilə anlaşmışdı. 12 il Dortmund ''Borussiya''sında işləyən Qraf ''Qartal''ın skaut departamentinin sədri vəzifəsinə gətirilib. Bu təyinatdan bir müddət sonra ''Beşiktaş'' vaxtilə ''Molde''də işləmiş və Erlinq Holannı kəşf etmiş skaut Con Viklə də anlaşmışdı.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Aprel 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri