Beşiktaş 7 futbolçusunu göndərə bilər
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Beşiktaş" yeni mövsümün hazırlıqlarına start verib.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisi yeni çalışdırıcı Vinçentso İtalyanonun rəhbərliyi altında ilk məşqinə çıxıb.
"Trtspor"un məlumatına görə, Vilfred Ndidi, Feliks Uduoxay və Junior Olaitan hələ komandaya qoşulmayıblar. Hər üç futbolçunun yaxın günlərdə məşqlərə başlaması gözlənilir.
Bundan başqa, yeni mövsümün planlarına daxil edilməyən Al Musrati, Jan Onana, Joao Mario, Elan Rikardo, Emrecan Uzunhan, Can Keleş və Tayyip Talha Sanuç da ilk məşqdə iştirak etməyiblər. Klub rəhbərliyinin həmin futbolçularla bağlı gələcək transfer təkliflərini dəyərləndirəcəyi bildirilir.
Qeyd edək ki, "Beşiktaş" iyulun 1-də təlim-məşq toplanışı üçün Slovakiyanın Bratislava şəhərinə yollanacaq. Təxminən 15 gün davam edəcək hazırlıq prosesi ərzində komanda yeni mövsümə hazırlaşacaq. Düşərgədən sonra İstanbul təmsilçisi UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Danimarkanın "Midtyulland" klubuna qarşı keçiriləcək oyunların hazırlığını vətənində davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 29 İyun 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















