“Beşiktaş” azlıqda qalan rəqibi cəzalandırdı Növbəti mərhələdədir
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Beşiktaş” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Danimarkanın “Midtyullann” klubunu 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
“Yeni Sabah” xəbər verir ki, ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan İstanbul təmsilçisi doğma azarkeşləri önündə vacib qələbə qazanıb.
Qarşılaşmanın ilk yarısında qol vurulmayıb – 0:0. İkinci hissədə Danimarka klubunun azlıqda qalmasından istifadə edən “ağ-qaralar” təzyiqi artırıb. Meydana sonradan daxil olan Milot Raşitsa hesabı açıb. 76-cı dəqiqədə isə komandanın kapitanı Orkun Kökçü penaltini dəqiq yerinə yetirərək matçın yekun hesabını müəyyənləşdirib – 2:0. pizza sifarişi
Bu qələbə ilə III təsnifat mərhələsinə vəsiqə qazanan “Beşiktaş”ın növbəti rəqibi Norveçin “Tromsyo” klubunu mübarizədən kənarlaşdıran Çexiyanın “Hradets-Kralove” komandası olub.
Baxış sayı:155
Bu xəbər 31 İyul 2026 01:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















