Palmerin məğlubiyyətdən sonrakı davranışı İngiltərədə tənqid olunur
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Çelsi” futbol komandasının yarımmüdafiəçisi Koul Palmer “Lids”ə evdə 1:4 hesablı məğlubiyyətdən sonra azarkeşlərə təşəkkür etmədən tunelə yollanması ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, “Daily Mail”in təhlil yazısında 24 yaşlı futbolçunun həm oyununu, həm də davranışını tənqid olunub.
Qeyd edilir ki, Palmer 90 dəqiqə ərzində nə qol vurub, nə məhsuldar ötürmə verib, nə də rəqib qapıçısı Ceyms Traffordu ciddi sınağa çəkib. Görüşün sonunda digər futbolçular tribunaları alqışlayarkən onun meydanı tərk etməsinin səbəbi isə məlum deyil.
“Çelsi”də dördüncü mövsümünü keçirən Palmer çətin dövrdə liderlik göstərməli olduğu vurğulanır və futbolçunun narazılığını meydanda nümayiş etdirməsinin baş məşqçi Xabi Alonso üzərindəki təzyiqi artıra biləcəyi bildirilir.
Bununla belə, məqalədə Alonsonun istefası çıxış yolu sayılmır. Rəhbərliyin məşqçini dərhal göndərmək niyyətində olmadığı bildirilir və heyətdəki çatışmazlıqları, zədələr nəzərə alınaraq ispaniyalı mütəxəssisə vaxt verilməsi müdafiə edilir.
Baxış sayı:90
Bu xəbər 22 Noyabr 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















