“Beşiktaş” Duşan Vlahoviçin transferini açıqlayıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Türkiyənin “Beşiktaş” klubu heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi serbiyalı hücumçu Duşan Vlahoviçin transferi ilə bağlı danışıqlara başlandığını rəsmən açıqlayıb.
“Qara qartallar” bu barədə Kamuyu Aydınlatma Platformuna (KAP) məlumat verib.
Klubun açıqlamasında Vlahoviçlə transfer danışıqlarına başlanıldığı bildirilib.
26 yaşlı hücumçu son olaraq İtaliyanın “Yuventus” klubunda çıxış edib. Onun Turin təmsilçisi ilə müqaviləsi başa çatdığından hazırda azad agent statusundadır.
Qeyd edək ki, Vlahoviç 2022-ci ilin yanvarında “Fiorentina”dan “Yuventus”a keçmişdi. Serbiya millisinin üzvü Turin klubunun heyətində 168 oyunda 68 qol vurub.
Bu mövzuda digər xəbərlər:Duşan Vlahoviç “Beşiktaş”a keçir
12 Avqust 2026 10:56
“Yuventus” Vlahoviçin yerinə onu istəyir
07 İyun 2026 16:35
Vlahoviçin növbəti dayanacağı London ola bilər
22 Oktyabr 2025 22:13
Serbiyalı tanınmış futbolçu Duşan Vlahoviç Beşiktaş a keçib
13 Avqust 2026 00:38
“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib
14 Avqust 2026 21:01
Baxış sayı:107
Bu xəbər 12 Avqust 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















