Beşiktaş Fənərbağça qarşı qarşıya Superliqanın ən həyəcanlı oyunu
Icma.az bildirir, Milli.az portalına istinadən.
Türkiyə Superliqasının ən həyəcanlı oyunu olan "Beşiktaş" - "Fənərbağça" derbisi bu gün oynanılacaq.
Milli.Az xəbər verir ki, "Beşiktaş" və "Fənərbağça" Superliqada 137-ci dəfə qarşı-qarşıya gələcək. Bu günə qədər oynanılan 136 oyunda "Fənərbağça" 49, "Beşiktaş" isə 42 qələbə qazanıb. 45 qarşılaşma isə heç-heçə başa çatıb.
Fənərbağçanı qəbul edəcək "Beşiktaş" 5 oyunluq qələbəsizlik seriyasını qırmağa, sarı-göylülər isə zirvədə qalmağa çalışacaq. Bu gün "Beşiktaş"la "Fənərbağça" arasında keçiriləcək derbi həm də liqadakı sıralamalarda önəmli faktor olacaq.
Liqada oynadığı 13 matçda 10 qalibiyyət, 2 heç-heçə və 1 məğlubiyyəti olan Fənərbağça, 3 xal geridə olan rəqibi ilə fərqi heç olmasa qoruyub saxlamaq üçün stadiondan qələbə ilə ayrılmağı hədəfləyir.
"Beşiktaş" - "Fənərbağça" derbisi Türkiyə vaxtı ilə 19:00-da (Bakı vaxtı ilə 20:00) "Tüpraş" stadionunda (Dolmabahçe) keçiriləcək. Oyun "beIN SPORTS 1 HD"də yayımlanacaq.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 Dekabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















