Beşiktaş serb hücumçuya illik 8 milyon avro maaş təklif etdi
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Beşiktaş" "Yuventus"un keçmiş hücumçusu Duşan Vlahoviçə təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
İstanbul klubu serb futbolçuya illik 8 milyon avro maaşla 2029-cu ilə qədər müqavilə təklif edib. "Beşiktaş" həmçinin Vlahoviçə transfer bonusu ödəməyə hazırdır.
Mənbənin sözlərinə görə, "qara qartalların" baş məşqçisi Vinçenzo İtalyano serb hücumçunun transferində maraqlıdır.
Qeyd edək ki, Vlahoviç Turin klubunda 4 ildən çox oynayıb. "Qoca sinyora" 2022-ci ildə onu "Fiorentina"dan 85,4 milyon avroya transfer edib. Vlahoviç ötən mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:Beşiktaş mərakeşli müdafiəçiyə 3 milyon avro maaş təklif etdi
18 Aprel 2026 13:58
Vlahoviç addım addım “Beşiktaş”a İllik 8 milyon avro
11 Avqust 2026 14:42
Beşiktaş serb hücumçuya düşünmək üçün bir gün vaxt verdi
15 İyul 2026 10:20
Neftçi Beşiktaş da oynamış məşhur hücumçuya təklif göndərdi
23 Sentyabr 2025 17:05
“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif
19 Noyabr 2025 22:19
Baxış sayı:163
Bu xəbər 10 Avqust 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















