Beşiktaş UEFA Avropa Liqasında qələbə qazanıb
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasında qələbə qazanıb.
"Report"un məlumatına görə, VII turunun qarşılaşmasında "ağ-qaralar" doğma meydanda İspaniyanın "Atletik" (Bilbao) komandasına 4:1 hesabı ilə qalib gəliblər.
İstanbul təmsilçisinin heyətində Milot Raşiça (17, 60), Rafa Silva (77) və Joau Mariu (90+2) fərqlənib. Qonaqların heyətində isə Unai Qomes (45) diqqət mərkəzinə düşüb.
Ule Qunnar Solskyaerin baş məşqçisi olduğu kollektiv xallarının sayını 9-a çatdıraraq turnir cədvəlində 18-ci sırada yer alıblar. "Atletik" isə 16 xalla ikinci yerdədir.
Qeyd edək ki, açılış matçında "Qalatasaray" Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçə edib - 3:3. VII turun digər matçları yanvarın 23-də baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 22 Yanvar 2025 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















