Beşiktaşın sabiq legioneri 1ci liqada oynamaq istəmədi
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
''Beşiktaş''ın sabiq futbolçusu Adəm Lyayiçin Türkiyəyə qayıtmaq ehtimalı yaranmışdı.
''Football-plus.az'' xəbər verir ki, hazırda karyerasını vətəni Serbiyada davam etdirən və ''Novi Pazar''da çıxış edən təcrübəli yarımmüdafiəçiyə Türkiyənin 1-ci liqasından təklif gəlmişdi. Belə ki, ''Adanaspor'' tanınmış futbolçuya illik 500 min avro məvacib təklif etmişdi. Amma danışıqlar uzun çəkmədi. Çünki 33 yaşlı futbolçu Türkiyənin aşağı liqasında oynamaq istəməyərək təklifi geri çevirib.
Daha öncə ''Fiorentina'', ''Roma'', ''İnter'' və ''Torino''da oynamış Lyayiç ''Beşiktaş''da 2018-22-ci illərdə top qovub. Daha sonra 1 il Türkiyənin digər təmsilçisi ''Fatih Karagümrük''ün şərəfini qorumuş Lyayiç 2023-dən ''Novi Pazar''dadı.
O, bu mövsüm 19 rəsmi oyunda aktivinə 7 qol, 6 məhsuldar ötürmə yazıb.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 09 Yanvar 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















