Bessent ABŞ dövlət borcu ilə bağlı məlumatların reallığı əks etdirmədiyini hesab edir
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Maliyyə Nazirliyi ölkənin dövlət borcunun rekord həddə - 40 trilyon dollara çatması ilə bağlı məlumatların real vəziyyəti tam əks etdirmədiyini hesab edir.
"Report"un məlumatına görə, bunu ABŞ maliyyə naziri Skott Bessent Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, dövlət borcunun əhəmiyyətli hissəsi sosial təminat fondlarının və digər dövlət qurumlarının payına düşür. Buna görə də 40 trilyon dollarlıq göstərici vəziyyətin tam mənzərəsini əks etdirmir.
"40 trilyon dollar böyük rəqəmdir. Lakin bazarda dövriyyədə olan borcun həcminə baxdıqda bu rəqəm daha aşağıdır", - deyə Bessent bildirib.
O qeyd edib ki, ABŞ administrasiyası əhəmiyyətli iqtisadi artım hesabına dövlət borcunu azaltmağa ümid edir.
Bessent həmçinin bildirib ki, Vaşinqton məhkəmə tərəfindən qanunsuz hesab edilən idxal tariflərinə görə əhəmiyyətli məbləğdə kompensasiyalar ödəmək məcburiyyətindədir.
Bundan əlavə, nazir yüksək büdcə kəsirinə görə məsuliyyəti Co Baydenin rəhbərlik etdiyi əvvəlki administrasiyanın üzərinə qoyub. Onun sözlərinə görə, ABŞ 2025-ci ildə büdcə kəsirini 1 faizdən çox azaldıb.
Baxış sayı:92
Bu xəbər 20 Avqust 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















