Bəxtiyar Əliyev: “Azərbaycan dünyanın yeni düzənində sülhə istiqamət verən güc mərkəzinə çevrilib”
Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili Bəxtiyar Əliyev Azərbaycanın dövlət müstəqilliyi və bugünkü gücü barədə fikirlərini bölüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Bəxtiyar Əliyev vurğulayıb ki, 18 oktyabr 1991-ci ildə qəbul edilən müstəqillik aktı hələ o zaman tam suverenlik anlamına gəlmirdi. Onun sözlərinə görə, həmin dövrdə AXCP-Müsavat cütlüyünün və əvvəlki rəhbərlərin səriştəsiz siyasəti müstəqilliyimizi böyük sual altına qoymuşdu.
Millət vəkili bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasət uğurla davam etdirilir, Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan dövlətə çevrilib.
Bəxtiyar Əliyev həmçinin qeyd edib ki, Prezidentin son beynəlxalq tədbirlərdəki çıxışları Azərbaycanın mövqeyinin dünyada qəbul olunduğunu bir daha təsdiqləyib.
Deputat çıxışının sonunda vurğulayıb ki, Azərbaycan xalqı Prezidentin ətrafında sıx birləşib və heç bir qüvvə ölkəmizin müstəqilliyini sarsıda bilməz. Dövlətə qarşı çıxan hər bir şəxs qanun qarşısında cavab verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 17 Oktyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















