Icma.az
close
up
RU
Bəxtiyar Hacıyev: “Hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilir”

Bəxtiyar Hacıyev: “Hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilir”

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Tbilisi şəhərində qalan bir qrup Azərbaycan vətəndaşı Bakı istiqamətində qatar bileti əldə edə bilmədiklərini bildirərək Azərbaycan Dəmir Yolları QSC-yə və aidiyyəti qurumlara müraciət edib.

Bizimyol.info portalı xəbər verir ki, müraciətdə bildirilib ki, Rusiyadan ailələri ilə birlikdə Tbilisiyə gələn vətəndaşlar bir neçə gündür bilet ala bilmirlər.

Onların sözlərinə görə, onlarla Azərbaycan vətəndaşı eyni problemlə üzləşib, qalma, yemək və digər xərclər maddi çətinlik yaradır.

“Xəbərlər göstərir, saytlar yazır ki, əlavə vaqonlar qoşulub, yəni heç kəs qalmasın deyə tədbirlər görülüb, ancaq yenə deyirlər ki, bilet yoxdur. Üç gündür bilet almaq olmur”, – deyə vətəndaş bildirib.

Vətəndaşın iddiasına görə, kassa qarşısında günlərdir bilet növbəsinə dayansalar da, istədiklərinə nail ola bilmirlər, əvəzində əl altından bilet alanlar səfərini reallaşdırır.

Bilet satışı ilə bağlı səsləndirilən iddialardan məlumatınız varmı?Bu cür halların qarşısının alınması üçün hansı tədbirlər görülür?

Yaranan suallarla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev Bizimyol.info xəbər portalına bildirib ki, sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır: “Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı qatarlarında vaqonların sayını mərhələli şəkildə 6-dan 13-ə çatdırıb, bununla da sərnişin tutumu 178-dən 386 yerədək və ya 120 faiz artırılıb.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satış dinamikası, vaqonların doluluq səviyyəsi və sərnişin axını mütəmadi olaraq təhlil edilir. Bu təhlillərin nəticələrinə uyğun olaraq əlavə vaqonların istismara verilməsi və sərnişinlər üçün yeni imkanların yaradılması istiqamətində tədbirlər görülür. Bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, qatarın hərəkət qrafiki, stansiyaların imkanları və marşrut üzrə təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir, qarşı tərəflə (bu halda Gürcüstanla) zəruri razılaşdırmaların aparılması və bütün əməliyyat proseslərinin uyğunlaşdırılması tələb olunur. Bu səbəblərdən sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır”.

Bəxtiyar Hacıyevin sözlərinə görə, biletlərin kütləvi şəkildə alınıb sonradan satılmasını təsdiqləyən fakt yoxdur: “Biletlərin hər hansı turizm şirkəti və ya vasitəçiləri satılması iddiasına gəlincə, Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır. Biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır və satış prosesi vahid sistem üzərindən həyata keçirilir. Bütün sərnişinlərin bilet almaq hüququ eynidir. Biletlərin kütləvi şəkildə alınıb sonradan satılmasını təsdiqləyən fakt yoxdur.

Bir şəxs bir reysdə öz adına iki bilet əldə edə bilməz. Hər bir bilet bir konkret şəxsin adına rəsmiləşdirilir. Bundan əvvəl bir şəxs bir əməliyyatla 4 nəfərə bilet ala bilər”.

Bəxtiyar Hacıyev vurğulayıb: “Bir daha qeyd edək ki, hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilməlidir və sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil. Yəni sistem alınmış biletin başqasının adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər, bu halda isə həmin bilet yenidən açıq satışa verilir. Sistemin bu cür qurulması bilet satışında sui-istifadə hallarına, xüsusilə hansısa vasitəçi şəxslər tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan yenidən satılmasına imkan vermir”.

Bəxtiyar Hacıyev əlavə edib: “Gürcüstandan Azərbaycan istiqamətində qatarla səyahətə tələbat olduqca yüksəkdir. Bu səbəbdən satışa çıxarılan biletlər çox qısa müddətdə alınır. Belə tələbat fərqi xüsusilə yay mövsümündə və bayram günləri ərəfəsində daha aydın müşahidə edilir”.

Sərnişinlərimizə səyahətlərini öncədən planlaşdırmağı və müvafiq olaraq öncədən bilet almağı tövsiyə edirik”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 İyul 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri