Icma.az
close
up
RU
Bəxtiyar Hacıyev: “Mənim vergi borcumu yanlış hesablayıblar”

Bəxtiyar Hacıyev: “Mənim vergi borcumu yanlış hesablayıblar”

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bəxtiyar Hacıyevin işi üzrə proses davam etdirilib. Gununsesi.info-nun xəbərinə görə, iclas zamanı fəal bir sıra vəsatətlərlə çıxış edib.

O, çıxışında DİN-in guya onun “cinayət fəaliyyəti” həyata keçirdiyi haqqında elektron məktubunu iş materiallarından çıxarmağı xahiş edib: “Cinayət-Prosessual Məcəlləsinə əsasən, möhürlə təsdiq edilmiş sənədlər və ya təsdiq edilmiş surətlər tədqiq edilir.

Bundan başqa, müstəntiq tərcüməsi üçün tərcüməçilərin cəlb olunduğu hansısa xarici sənədlərə istinad edir. Lakin tərcüməçilər sənədlərin ortaya çıxmasından 20 gün əvvəl cəlb edilib”.

Hacıyevin sözlərinə görə, bu, saxtalaşdırmanın dəlilidir. Bu səbəbdən o, qeyd edilən sənədləri dəlillər siyahısından çıxarmağı təklif edib.

Hacıyev, həmçinin onun vergi borcunun yanlış hesablandığını qeyd edib və borcu hesablayan ekspertlərin məhkəməyə çağırılmasını təklif edib.

Hacıyev vergi xidmətini maraqlandıran sənədləri təqdim etməyə hazır olduğunu bildirib, lakin bunun üçün onun barəsindəki qətimkan tədbiri dəyişdirilməlidir.

Bundan başqa, o, ittihamın bəzi hissələrinin ümumiyyətlə ona aydın olmadığını qeyd edib. Buna görə o, “qaçaqmalçılıq” və “sənədləri saxtalaşdırma” ittihamlarının ləğv edilməsi barədə vəsatət qaldırıb, belə ki, istintaq bu ittihamları əsaslandırmayıb.

Hacıyev bildirib ki, son iki ildə o, qaçaqmalçılıq yolu ilə valyuta gətirdiyi iddia olunan Gürcüstanda olmayıb: “Hansı sənədləri saxtalaşdırmaqda ittiham olunduğumu da başa düşmürəm.

Hesab edirəm ki, müvafiq sənədlərin saxtalaşdırıldığını müəyyən etmək üçün polis əməkdaşlarının və ekspertlərin imzalarının ekspertizası  keçirilməlidir”.

Çıxışı zamanı Bəxtiyar Hacıyev Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına uyğun olaraq pul vəsaiti köçürülən bank hesabından həbsin götürülməsini xahiş edib.

Lakin məhkəmə bəzi vəsatətləri təmin etməyib, digərlərini müşavirə otağında hökm çıxararkən qiymətləndirməyi vəd edib.

Məhkəmənin növbəti iclası dekabrın 23-nə təyin edilib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Günay Mahirqızı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Dekabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri