Icma.az
close
up
RU
Bəxtiyar Həsənalızadə: Oyun olaraq istədiyimiz edə bilməsək də ən azından xal qazandıq

Bəxtiyar Həsənalızadə: Oyun olaraq istədiyimiz edə bilməsək də ən azından xal qazandıq

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Oyun yorğunluq fonunda bizim üçün çətin keçdi". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Bəxtiyar Həsənalızadə deyib.
Müdafiəçi "Zirə" ilə heç-heçə (1:1) etdikləri Misli Premyer Liqasının I turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Rəqib iddialı komandadır. Ötən mövsüm Premyer Liqada 2-ci yeri tutublar. Matça ciddi hazırlaşmışdıq. Uzun səfərdən qayıtmışdıq. Bütün bunlara baxmayaraq, meydana çıxdıq və sona qədər mübarizə apardıq. Oyun olaraq istədiyimiz edə bilməsək də ən azından xal qazandıq".
Həsənalızadə UEFA Konfrans Liqasında Kipr təmsilçisi "Omoniya" ilə görüşdən sonra çempionat qarşılaşmasına köklənməyin ağır olduğunu söyləyib:
"Bir az psixoloji baxımdan ağır idi. Xarakter lazım idi ki, dəyişiklik edək. Hər iki matçda da ağır məğlubiyyət yaşamışdıq. Həm də səfərin uzun olması bizi fiziki olaraq yormuşdu. Oyun olaraq "Zirə" ilə matçda istədiyimizi verə bilmədik. Amma nəticə qənaətbəxşdir".
O, bərabərlik qolunu vurması ilə bağlı da danışıb:
"Deyiləsi bir şey yoxdur. Sadəcə, hiss etdim ki, top o istiqamətə gələcək. Mən də ora qaçdım. Şərait yarandı, şükürlər olsun ki, istifadə etdim".
Həsənalızadə Naxçıvan təmsilçisinin cari mövsümdəki hədəflərindən də söz açıb:
"İstəyimiz avrokuboklara düşməkdir. Sonrakı mərhələdə necə olacaq, bilmirəm. Amma avrokuboklara vəsiqə qazanmaq niyyətindəyik. Təbii ki, medalçılar sırasına da düşmək istəyirik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sport24.az
archiveBu xəbər 20 Avqust 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri