Bəxtiyar Musayev: Masazırda hər iki komandanı ağır oyun gözləyir
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Kubokun ilk oyunları gərgin keçdi. Fikrimcə, cavab qarşılaşmalarında da eyni ssenarini izləyəcəyik". Bu sözləri Sport24.az-a açıqlamasında veteran futbolçu Bəxtiyar Musayev deyib.
Mütəxəssis ölkə kubokunun yarımfinalının cavab qarşılaşmaları barədə fikirlərini bölüşüb:
"Qarabağ" "Araz Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub. "Qarabağ" üçün bu hesabla uduzmaq çətinlik yaratmır. Ağdamlılar bir addım öndədir. Çətin də olsa, finala adlayan tərəf meydan sahibləri olacaq.
Masazırda isə hər iki komandanı ağır oyun gözləyir. İstər "Sabah"a, istərsə də "Neftçi"yə avrokuboklara yollanmaq üçün son imkandır. Meydan sahibləri hesabda öndə olsa da, "Neftçi" geridönüş edə bilər. Bu matçda şanslar bərabərdir. "Sabah" son turlarda qeyri-sabit oyunla yadda qalıb".
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları sabah baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 22 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















