Bəyi Vağzalı ilə qarşılamaq olmaz? Folklorşünas aktyora cavab verdi
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Əməkdar artist Qorxmaz Əlilican Azərbaycan toylarında bəyin "Vağzalı" ilə məclisə girməsini tənqid edib. Aktyor Azərbaycanda iki toy havasının olduğunu xatırladıb:
"Gəlin havası "Vağzalı", bəy gələndə isə "Mirzəyi"dir. Başa düşmürəm, niyə bəyi "Vağzalı" ilə qarşılayırlar? Axı bu, bəy havası deyil. Kişi toyudur, bəyi bununla gətirib, bununla aparırlar. "Vağzalı" çalınır, gəlin gedir, anam ağlayır". Bəyi necə bununla içəri salırsınız? Bəy içəri qəşəng girməlidir".
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA-ın Folklor İnstitutunun aparıcı elmi işçisi Şakir Albalıyev Qaynarinfo-ya açıqlamasında "Vağzalı" və "Mizəyi"nin hər ikisinin Azərbaycan xalqının milli havaları olduğunu xatırladıb:

"Ayrı-ayrı bölgələrdə bu havaların hansısa birinin səslənməsi təbii qarşılanmalıdır. Yəni, hər bir yerin adəti var. Aktyorun fikrinə gəlincə, bu düzgün mövqe deyil. "Mirzəyi" də bəy havasıdır. "Vağzalı" gəlinlə-bəyi qarşılayır, bunlar məclisə qoşa girməlidir. Bu, həyatın qanunauyğunluğudur. Bəy gəlin evinə gəlir və onu ata evindən başqa bir mənzilə aparır. Gəlin ata-anadan ayrılır. Ana illərlə saxladığı əziz balasından ayrılanda kövrəlməlidir. Bu kədər mənasında ayrılmaq deyil, həm də sevincdən doğulan göz yaşının ifadəsidir. Allah həmişə bizə təki belə göz yaşları nəsib eləsin".
Folklorşünas "Mirzəyi" rəqsinin əsasən Bakı toylarında çalındığını vurğulayıb:
"Bu da olmalıdır, yəni dediyim kimi, hər bir bölgənin öz adət-ənənəsi var. Bunlar xalqın əsrlərlə üzü bəri gələn adətləridir, onun üstündən xətt çəkmək olmaz. Bunların əleyhinə getmək olmaz. Bəyin məclisə hansı hava ilə daxil olması xalqın özünün seçimidir".
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 07 İyul 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















