Beyin çürüməsi ilin sözü oldu
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Oksford İngilis dili lüğəti ilin sözünü açıqlayıb.
Modern.az bu barədə Oksford Universitetinin Nəşriyyat Departamentinə istinadən xəbər verir.
Məlumata görə, "brainrot" ("beyin çürüməsi") ilin sözü olub. Bu ifadə 37 min oxucu arasında səsvermə yolu ilə seçilib .
"Brainrot" aşağı keyfiyyətli onlayn məzmunun həddindən artıq istehlakı nəticəsində insanın psixi və ya intellektual vəziyyətinin pisləşməsini nəzərdə tutur. Bu söz ilk dəfə 1854-cü ildə Henry David Thoreau tərəfindən "Walden, ya da Meşədəki həyat" kitabında istifadə edilib. 2023-2024-cü illər arasında sözün istifadəsi 230% artıb. Oksford lüğəti qeyd edib ki, bu, onlayn məzmunun həddindən artıq istehlakının nəticələri ilə bağlı artan narahatlığın olduğunu göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 02 Dekabr 2024 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















