Icma.az
close
up
RU
Gənclər arasında “Beyin çürüməsi” təhlükəsi ARAŞDIRMA

Gənclər arasında “Beyin çürüməsi” təhlükəsi ARAŞDIRMA

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial mediada uzun müddət vaxt keçirən yeniyetmələrdə müşahidə olunan “beyin çürüməsi” (Brainrot) artıq rəqəmsal dövrün yeni psixoloji problemi kimi qiymətləndirilir. 

"Yeni Sabah" xəbər verir ki, bu hal daim ekran qarşısında qalmağın nəticəsi olaraq beynin düşünmə, diqqəti toplama və məhsuldar olma qabiliyyətinin zəifləməsi ilə özünü göstərir. Türkiyəli professor-həkim  Ercan Yılmaz və təlimçi Abdullah Aktürk bu mövzu ilə bağlı ölkənin müxtəlif universitet və orta təhsil müəssisələrində oxuyan 1 614 gənc arasında geniş araşdırma aparıb.

Sosial şəbəkəyə giriş 12–14 yaşdan başlayır

Araşdırmanın nəticələrini paylaşan  Ercan Yılmaz bildirib ki, gənclərin 10 faizi beyin çürüməsi əlamətləri göstərir və onların 2 faizində bu əlamətlər yüksək səviyyədədir. Respondentlərin 52 faizinin ilk ağıllı telefonla tanışlığı 12-14 yaş dövrünə təsadüf edir. Sosial şəbəkələrdə ilk hesab da əsasən, bu yaş aralığında açılır. Telefon və sosial şəbəkələrdən istifadə yaşı azaldıqca beyin çürüməsi əlamətləri də artır. Mütəxəssislər 18 yaşdan sonra telefon sahibi olan gənclərdə bu əlamətlərin daha zəif olduğunu müəyyən ediblər.

İnternet paketinin həcmi artdıqca risk də yüksəlir

Professorun sözlərinə görə, gənclərin təxminən 55 faizi ay ərzində 15 GB-lıq internet paketi istifadə edir və paket həcmi artdıqca beyin çürüməsi göstəriciləri də yüksəlir. Qızlar bu baxımdan oğlanlara nisbətən daha çox risk altındadır. Peşə məktəblərində oxuyan gənclərdə isə bu əlamətlər daha az müşahidə olunur. Bu isə onların müəyyən məşğuliyyətə sahib olması və sosial mediadan nisbətən az istifadə etməsi ilə əlaqələndirilir. İmtahan mərhələsində olan gənclərdə də beyin çürüməsi əlamətlərinin azalması qeyd olunub, lakin imtahanlar bitdikdən sonra göstəricilər yenidən yüksəlir.

"TikTok" ən çox zərər verən platforma kimi önə çıxır

Araşdırmada gənclərə ən çox mənfi təsir göstərən sosial platformanın "TikTok" olduğu müəyyən edilib. Bu tətbiqdən intensiv istifadə edən gənclərdə beyin çürüməsi əlamətləri daha yüksəkdir. Yuxudan əvvəl sosial şəbəkəyə baxmaq da mənfi təsiri artıran əsas faktorlardan biridir.

Mütəxəssisdən valideynlərə və gənclərə tövsiyələr

Təlimçi Abdullah Aktürk sosial media asılılığının azaldılması ilə bağlı bir sıra tövsiyələr verib. Onun sözlərinə görə, gənclər tez-tez istifadə etdikləri tətbiqləri telefonlarından silərək yalnız kompüter üzərindən daxil olmağa üstünlük verə bilərlər. Ekranı daha az cəlbedici etmək üçün boz çalarların seçilməsi də faydalıdır. Ev daxilində “qadağa zonaları” və “qadağa vaxtları” müəyyən etmək xüsusilə yataq otağına telefon aparmamaq  sosial media istifadəsini ciddi şəkildə azalda bilər.

Əsmətxanım


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Dekabr 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri