Icma.az
close
up
RU
“Beyin çürüməsi” əsrində diqqəti cəmləməyin yolları

“Beyin çürüməsi” əsrində diqqəti cəmləməyin yolları

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Mütəxəssislərə görə diqqəti cəmləməyin çarəsi beyini məcbur etmək deyil, dincəltmək ola bilər.

Heç elə olubmu ki, yorğun halda ekrana baxıb qalmısınız, məlumat bombardmanı və sayısız qıcıqlandırıcı səbəbdən özünüzü keyimiş kimi hiss etmisiniz? Bəs dincələrkən belə telefona baxdmısınız və ya e-poçtları yoxlayarkən səhifələr arasında itib-batmısınız?

Bəziləri bunu "TikTok beyni" adlandırır, digərləri isə "beyin çürüməsi". Adı nə olursa olsun, bu vəziyyət məhz 21-ci əsrə xas bir dərddir. Sosial şəbəkələrdə bir-birinə aidiyyatı olmayan sayısız qısa və mənasız videonu ard-arda izləməkdən qaynaqlanır.

Milli.Az xəbər verir ki, beynimiz davamlı olaraq az-az dopamin almağa öyrəşdiyi üçün bir məzmuna üç-beş saniyədən çox diqqət yetirmək getdikcə çətinləşir. Bu problemlərdən əziyyət çəkən insanlar kitab oxuya bilmir, hətta tammetrajlı bir filmi başdan-sona izləyə bilmirlər.

"Diqqət Müddəti" adlı kitabın müəllifi Qloriya Mark "Mümkün qədər uzun müddət diqqətini cəmləyə bilmək üçün sərhədlərimizi zorlamalı olduğumuz düşüncəsi böyük bir mifdir" deyir.

Müxtəlif diqqət növləri var. Məsələn, bir işlə uzun müddət qopmadan məşğul ola bilmə bacarığı "davamlı diqqət" adlanır, aidiyyatı olmayan detallara fikir vermədən müəyyən bir məlumata diqqət yetirmə qabiliyyəti isə "seçici diqqət" adlandırılır.

Bir də zehnimizi xeyli çətinə salan diqqət növləri var. Məsələn, işlər arasında sürətli keçid etməyə imkan verən "dəyişkən diqqət" və bir çox işi eyni vaxtda görməyimizi təmin edən "bölünmüş diqqət".

Bütün bu mexanizmi beynin komanda mərkəzi idarə edir; yəni icraedici funksiyalardan məsul olan prefrontal korteks. Nəticədə zehni yorğunluq hissiyyatının səbəbi beynin bu bölgəsinə gedən qan miqdarının azalması olur.

Xoşbəxtlikdən sözügedən zədə qalıcı deyil. İnsan beyninin diqqətini cəmləmək qabiliyyəti insanların axşamlar saatlarla roman oxuduğu və ya toxuculuq etdiyi 19-cu əsrdəki gücünü qoruyub saxlayır.

Əlbəttə, bu günə qədər çox şey dəyişib. Telefonlar bizi fasiləsiz məlumat axınını istehlak etməyə sövq edir, psixoloqlar da pərən-pərən düşən diqqətimiz üçün çarə axtarırlar.

Mütəxəssislərin iki təklifi var: Diqqəti şüurlu şəkildə yönləndirmək və beynin dincəlməsinə icazə vermək.

Qoy beyniniz dincəlsin
Diqqəti cəmləmək qabiliyyətinizi yoxlamağın bir yolu nəyin nə qədər nəzarətinizdə olduğuna baxmaqdır.

Qəflətən yüksək bir səs eşidəndə diqqətiniz əlinizdə olmadan həmin tərəfə yönəlir. Ancaq bir işə diqqət yetirməyi şəxsən seçdiyiniz zaman şüurlu diqqət işə düşür. Əlbəttə, bu məhdud bir qabiliyyətdir, çünki zehin diqqətini cəmləmək üçün çalışdıqca yorulur, diqqət yayınmağa başlayır.

Amma diqqəti yenidən cəmləməyin yolları var. Diqqətin işləmə mexanizmini ələ alan bu yanaşma köklərini Vilyam Ceyms kimi 19-cu əsr psixoloqlarından alsa da, Diqqət Yenilənməsi Nəzəriyyəsi (ART) sayəsində bu gün yenidən gündəmə gəlir.

1980-ci illərdə Miçiqan Universitetinin psixologiya professorları Stiven və Reyçel Kaplanın  inkişaf etdirdiyi bu düşüncə məktəbi təbiətdə vaxt keçirməyin diqqəti təzələdiyini müdafiə edir.

Deyək ki, təbiətdə gəzərkən qeyri-adi dərəcədə heyranedici bir şəlaləyə, çiçəyə və ya göbələyə rast gəldiniz. Gözlərinizi çəkə bilmirsiniz. Bax, buna "cəhdsiz diqqət" deyilir. Diqqətinizi yormadan cəlb edən, beləliklə də zehinizə sərbəst bir sahə açan hallar üçün istifadə olunur.

Bunun əksinə olaraq, "gərgin diqqət" diqqətinizi elə əsir alır ki, gözünüzü ayıra bilmir, zehinizlə dərhal özünüzə gələ bilmirsiniz. Məsələn, kosmopolit bir şəhərin meydanında gəzmək... Və ya sosial şəbəkələrdə vaxt öldürmək...

Psixologiya professoru Mark Berman "Sosial şəbəkələrdə fəlakət xəbərlərini fasiləsiz sürüşdürmək ('doomscrolling'), serial-film izləmək və ya internetdə gəzmək dincəldici görünə bilər" deyir: "Lakin bunlar əslində zehini yoran və tükədən fəaliyyətlərdir."

Əlbəttə, gərgin bir günün ortasında və ya yaşıllıq sahələrin az olduğu yerdə təbiətə qaçmaq mümkün olmur. Berman parkda gəzinti edə bilmirsinizsə, təbiət şəkillərinə baxmağın belə yaxşı təsir edəcəyini söyləyir. Təbii ki, bunu yenə sosial şəbəkələrdə etməməkdə fayda var.

Diqqətinizi şüurlu şəkildə yönləndirin
Yenidən cəmləmək belə bir problem ikən diqqəti qoruyub saxlamaq tamamilə başqa bir imtahandır. Başınız qarışıqdırsa, bəlkə də sadəcə bir az nəfəs almağa ehtiyacınız var. Belə hallarda nə etsəniz də, diqqəti cəmləmək çox çətindir.

University College London-da psixologiya professoru Nilli Lavie "Ən məşhur miflərdən biri diqqəti cəmləməyin bizim istəyimizdən asılı olduğu düşüncəsidir" deyir: "Diqqəti cəmləmək üçün istəmək kifayət deyil."

Lavie çoxlu tapşırıqlardan uzaq durmağı tövsiyə edir. Tək bir işə diqqət yetirmək üçün əvvəlcə ətrafınızdakı lazımsız şeyləri yığışdırmalısınız. Hətta telefonunuzdakı bildirişləri qəti şəkildə bağlamalısınız. Ən yaxşısı isə telefonu göz önündən kənarlaşdırmaqdır; 2017-ci ildə aparılan bir araşdırmaya görə, telefonun baxış sahəsində olması belə diqqətə mənfi təsir edir.

Həmçinin fasilələrdə əliniz dərhal telefona getməsin: Gəzintiyə çıxmaq, bəlkə bir ağacı izləmək və ya pəncərədən baxıb sevdiyiniz bir mahnını dinləmək daha yaxşı bir fikir ola bilər.

Özünüzə bəzi məhdudiyyətlər qoyun
Bir işə 100 faiz diqqət yetirmək əlbəttə ki, mümkün deyil. Çöldən hər hansı bir qıcıqlandırıcı olmasa da, beyniniz daxilə yönələrək diqqət yetirəcək başqa bir şey mütləq tapır. Bu da sizi xəyallara və ya zehin dağınıqlığına sürükləyə bilər.

Təbii ki, xəyal qurmaq - yəni zehindəki uydurma ssenarilərdən nizamlı bir hekayə yaratmaq - plan qurmağınızı və ya yaradıcı düşünməyinizi təmin edə bilər. Amma zehininiz təsadüfi olaraq mövzudan mövzuya atılırsa, diqqətli olmaqda fayda var.

Belə hallarda müəyyən məhdudiyyətlər qoymaq diqqəti gücləndirə bilər. Məsələn, xüsusi bir iş sahəsi yaratmaq və ya Pomodoro texnikası (25 dəqiqə iş, 5 dəqiqə fasilə qaydası) kimi üsulları sınaya bilərsiniz.

Bəs diqqəti cəmləmək balansını tutdurmağın yolu nədir? Ətrafdakı diqqət yayındırıcı şeyləri aradan qaldırmaq yaxşı başlanğıcdır. Amma diqqəti cəmləməkdə çətinlik çəkirsinizsə, tab gətirənə qədər özünüzü məcbur etməyə ehtiyac yoxdur. Bəlkə də fasilə vaxtı çoxdan gəlib çatıb.

Neyrobioloq Amişi Jha  "Bir neçə dəqiqə ərzində zehininizə ən kiçik bir yeni məlumat belə almayın" deyir: "Sıra gözləyərkən əliniz telefona getməsin. Heç nə dinləmədən qısa bir gəzintiyə çıxın. Pəncərədən baxın. Bir məsələni həll etmək üçün özünüzü sıxmağa ehtiyac yoxdur, qoy zehininiz sərbəst şəkildə gəzsin."

Diqqəti cəmləmək düşündüyümüzdən daha rahatladıcı bir proses ola bilər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Avqust 2026 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri