Icma.az
close
up
RU
“Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” mövzusunda elmi simpozium keçirilib FOTOLAR

“Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” mövzusunda elmi simpozium keçirilib FOTOLAR

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında (Şamaxı RMX) “Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” mövzusunda elmi simpozium keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyası (BTMA) və Şamaxı RMX-nin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrundacanlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Nefrologiya kafedrasının müdiri, BTMA İdarə Heyətinin üzvü, professor Fuad Sərdarlı simpoziumun Şamaxı Rayon Mərkəzi Xəstəxanasında keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O, Şamaxı torpağının Azərbaycan səhiyyə tarixində xüsusi yer tutduğunu, bu diyarın görkəmli ictimai-siyasi xadimlər və peşəkar həkimlər yetişdirdiyini vurğulayıb.

Professor Fuad Sərdarlı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən də bəhs edib. Bildiribki, Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəni dərin ictimai-siyasi böhrandan və vətəndaş müharibəsi təhlükəsindən xilas edib. Hazırda Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıllıqla davam etdirilir. Ölkəbaşçısı digər sahələrlə yanaşı, səhiyyənin inkişafını da daim diqqət mərkəzində saxlayır, bir çox ağır xəstəliklərin müalicəxərcləri dövlət tərəfindən qarşılanır.

Fuad Sərdarlı son illər xroniki böyrək xəstəliklərindən əziyyət çəkən insanların sayında ciddi artımın müşahidə olunduğunu qeyd edərək, böyrək transplantasiyasının bu xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasında və yaşama müddətinin uzadılmasında ən effektiv müalicə üsullarından biri olduğunu diqqətə çatdırıb.

O, tanınmış nefroloq və transplantoloq mütəxəssislərin iştirak etdiyi simpoziumun nefrologiya və transplantologiyanınmüxtəlif aktual istiqamətlərini əhatə etdiyini, elmi bilik və təcrübə mübadiləsi baxımından mühüm platforma rolunu oynadığını bildirib.

Sonra çıxış edən Şamaxı RMX-nin direktoru Natiq Əliyevregionlarda ixtisaslaşmış tibbi xidmətlərin inkişafının səhiyyə sisteminin dayanıqlı və əlçatan olmasına mühüm töhfə verdiyini söyləyib. Direktor bu kimi elmi simpoziumların region səhiyyəmüəssisələrinin peşəkar potensialının gücləndirilməsinə və müasir tibbi yanaşmaların tətbiqinə geniş imkan yaratdığını bildirib.

Son illər ölkəmizdə orqan transplantasiyası sahəsində həyata keçirilən islahatlardan bəhs edən Natiq Əliyev bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirildiyini deyib, Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (ODTKM) yaradılmasını busahənin inkişafında mühüm mərhələ olduğunu vurğulayıb. O,sözügedən islahatların transplantasiya xidmətlərinin şəffaflığının və effektivliyinin artırılmasına xidmət etdiyini vurğulayıb.

Natiq Əliyev elmi simpoziumun Şamaxı Rayon Mərkəzi Xəstəxanasında keçirilməsinə göstərilən etimada görə təşkilatçılara minnətdarlığını ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi, BTMA-nın İdarə Heyətinin sədri, t.e.d. Rəşad Şolan çıxış edərək bu kimi tədbirlərin orqan donorluğu və transplantasiya sahəsində elmi yanaşmaların təkmilləşdirilməsi, mütəxəssislər arasında təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm rol oynadığını bildirib.

Rəşad Şolan 2025-ci ilin fevral ayında ölkəmizdə ilk dəfə olaraq meyitdən orqan transplantasiyası əməliyyatının icra olunduğunu qeyd edərək, bu nailiyyəti Azərbaycan səhiyyəsi üçün tarixi hadisə və mühüm uğur kimi dəyərləndirib. Vurğulayıb ki, bu əməliyyat transplantologiya sahəsində yeni mərhələnin başlanğıcını qoyur.

Təxminən on ilə yaxındır orqan transplantasiyası sahəsində fəaliyyət göstərdiyini bildirən Rəşad Şolan bu müddət ərzində hüquqi və inzibati tənzimləmə mexanizmləri ilə bağlı bir sıraçətinliklərlə üzləşdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, ODTKM-in yaradılmasından sonra bu problemlər aradan qaldırılıb, transplantasiya prosesinin hüquqi və təşkilati əsasları xeyli təkmilləşdirilib.

Transplantologiya sahəsində dünya təcrübəsinə toxunan Rəşad Şolan qeyd edib ki, inkişaf etmiş ölkələrdə transplantasiya əməliyyatlarının əksəriyyəti meyit donorlardan əldə olunan orqanlar hesabına həyata keçirilir. O, bu baxımdan ölkəmizdə də orqan donorluğu ilə bağlı maarifləndirici tədbirlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. BTMA sədri bu istiqamətdə atılan addımların minlərlə orqan transplantasiyası gözləyən xəstə üçün real ümid mənbəyi olduğunu bildirib.

Çıxışı zamanı Rəşad Şolan Azərbaycanda böyrək transplantasiyası sahəsində formalaşmış mövcud təcrübə, əldə olunan klinik nəticələr və gələcək inkişaf perspektivləri barədə də ətraflı məlumat verib.

Tədbirdə, həmçinin böyrək transplantasiyası əməliyyatı keçirmiş xəstələr çıxış edərək, onlara ikinci həyata bəxş edən həkimlərə, o cümlədən t.e.d. Rəşad Şolan və DTX Hərbi Tibb Başİdarəsinin Hərbi Hospitalının Böyrək xəstəlikləri və orqan transplantasiyası şöbəsinin transplant-nefroloqu, BTMA-nın İdarə Heyətinin üzvü Nərgiz Baxşəliyeva təşəkkürlərini ifadə ediblər.

Daha sonra elmi simpozium işini professor Fuad Sərdarlı, t.e.d. Rəşad Şolanın moderatorluğu ilə “Beyin ölümü” və t.e.d. Aytən Məmmədzadə, Nərgiz Baxşəliyevanın moderatorluğu ilə “Xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası” adlı panel iclasları ilə davam etdirib.

“Beyin ölümü” adlı panel iclasında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (ODTKM) İdarə Heyətinin sədr müavini, həkim-reanimatoloq Günay Abbasova “Beyin ölümünün müasir diaqnostikası: Azərbaycanda orqan donorluğu və transplantasiyasının iş prinsipi” mövzusunda məruzəsini təqdim edib.

Günay Abbasova ODTKM-in fəaliyyətinin şəffaflıq, etik prinsiplər və beynəlxalq tibbi standartlara uyğunluq əsasında qurulduğunu vurğulayıb. O, vətəndaşları sağlığında donor olmaq üçün müraciət etməyə çağırıb və bu addımın ölüm sonrası yaxınların çətin seçim qarşısında qalmasının qarşısını aldığını qeyd edib.

Məruzəçi Azərbaycanda orqan donorluğu və transplantasiyasının iş prinsipini diqqətə çatdıraraq, bu sahənin hüquqi əsaslarından bəhs edib, eyni zamanda beynəlxalq təcrübə və standartlara uyğun mexanizmlərdən danışıb. Günay Abbasova beyin ölümünün diaqnostikasında tətbiq olunan müasir tibbi yanaşmalar, ilkin beyin zədələnməsi anlayışı, beyin ölümü diaqnozunun qoyulması üçün zəruri ilkin şərtlər, klinik müayinələr və diaqnozu təsdiqləyən son testlər barədə geniş izah verib.

“Beyin ölümü” adlı panel iclasında, həmçinin ODTKM-in Hüquq və nəzarət şöbəsinin müdiri Hüseyn Camalovun “Azərbaycanda orqan donorluğu və transplantasiyası işinin hüquqi əsasları” və ODTKM-in Koordinasiya şöbəsinin həkim-koordinatoru Mehriban Əliyevanın “Mən nə üçün donor olmaq istəyirəm?” mövzularında məruzələri dinlənilib.

“Xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası” adlı panel iclasında isə ADHTİ-nin Nefrologiya kafedrasının müdiri, prof. Fuad Sərdarlı, əməkdaşları – dos. Lalə Bəxtiyarova, dr.Nihad Novruzov həmmüəllifi olduqları “Xroniki böyrək xəstəliyi – 2025”, t.e.d. Rəşad Şolan “Böyrək transplantasiyasında mürəkkəb kliniki halların təhlili”, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Nefrologiya şöbəsinin müdiri, BTMA-nın İdarə Heyətinin üzvüprofessor Aytən Məmmədzadə “Diabetik nefropatiya: müasir müalicə strategiyası, böyrək transplantasiyasına gedən yol”, DTX Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının Böyrəkxəstəlikləri və orqan transplantasiyası şöbəsinin transplant-nefroloqu, BTMA-nın İdarə Heyətinin üzvü Nərgiz Baxşəliyeva “Böyrək transplantasiyası nefroloqun gözü ilə” adlı məruzələrlə çıxış ediblər.

Simpozium çərçivəsində, həmçinin “Ölümündən sonra orqan bağışlama bəyanatı” mərasimi keçirilib. Bir qrup həkim ölümündən sonra orqanlarını bağışlamaq üçün könüllü olaraqAR Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etdiklərini bəyan ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Dekabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see206

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Turan Tovuz dan nümunəvi addım VİDEO

14 Dekabr 2025 19:18see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see132

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see132

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see127

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see123

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri