Icma.az
close
up
RU
Beyləqanda yazıçı publisist Şəfəq Nasirlə ədəbi bədii görüş Fotolar

Beyləqanda yazıçı publisist Şəfəq Nasirlə ədəbi bədii görüş Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Aprelin 24-ü Beyləqan Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə əslən beyləqanlı, tanınmış yazıçı-publisist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirlə ədəbi-bədii görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya elmləri doktoru, professor Abid Tahirli, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, tənqidçi, esseist, şair Əsəd Cahangir, yazıçının qələm dostları, idarə, müəssisə və təşkilat nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yazıçının poetik “Salam olsun” etüdlərinin  səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən natiqlər yazıçının ilk yaradıcılıq nümunələri, elmi monoqrafiyaları, transliterasiya etdiyi mətbuat nümunələri və dəyərli məqalələri haqqında ətraflı məlumat verərək, Şəfəq xanımın ədəbiyyatımıza və mənəvi dünyamıza bəxş etdiyi töhfələrdən bəhs edib və şeirlərindən parçalar səsləndiriblər. 

Tədbirin rəsmi hissəsində çıxış edən Əziz Əzizov yazıçı Şəfəq Nasirin ədəbi fəaliyyətini yüksək qiymətləndirərək onun Beyləqan üçün dəyərli ziyalı obrazını formalaşdırdığını qeyd edib. Rayon rəhbəri belə ədəbi görüşlərin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətə və ziyalılara göstərdiyi xüsusi qayğının bariz təzahürü kimi dəyərləndirib.

Sonda Şəfəq Nasir çıxış edərək doğma yurdda qarşılanmaqdan duyduğu məmnuniyyəti ifadə edib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Ədəbi görüş poeziya dolu, səmimi ab-havada keçib və iştirakçıların yaddaşında unudulmaz bir an kimi qalıb.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Aprel 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri