Beyləqanda hündürlükdən yıxılan usta öldü
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.
Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, ötən ayın 28-də Beyləqanda yerləşən "Kral" şadlıq sarayında təmir işləri aparan zaman iki usta - Elşən Şahmatı oğlu Cəfərov və Rauf Ərşad oğlu Süleymanov ağır xəsarət alıb.
Onlar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Xəstəxanada üç gün müalicə aldıqdan sonra Elşən Cəfərov Neyrocərrahiyyə Xəstəxanasına göndərilib və orada əməliyyat edilib.
Əməliyyat olunaz E.Cəfərov bu gün xəstəxanada həyatını itirib.
Hadisə zamanı xəsarət alan Rauf Süleymanovun hazırda müalicəsi rayon xəstəxanasında davam etdirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.
Baxış sayı:70
Bu xəbər 06 İyul 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















