Qarabağ zəfərinin 6 cı ilində İbn Haldun Universitetində konfrans keçirilib
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə İstanbuldakı İbn Haldun Üniversitetinin ev sahibliyində "KİAMP-Karabakh is Azerbaijan" Milli Platformu Türkiyə Koordinatorluğu, Qarabağ Azərbaycandır Koordinasiya Dərnəyi, İbn Haldun Üniversiteti Heydər Əliyev adına Avrasiya Tədqiqatları Tətbiqi və Araşdırma Mərkəzi, Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi qeyri-hökümət təşkilatının birgə təşəbbüsü ilə “Tarixi, Strateji və Diplomatik Aspektləri ilə Qarabağ Zəfərinin 6-cı İli” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda "KİAMP-Karabakh is Azerbaijan" Milli Platformu Koordinatoru Dr. Elvin Əbdülrəhmanlı, sədr müavini Dr. Caner Karakuş və Heyər Əliyev adına Avrasiya Tədqiqatları Tətbiqi və Araşdırma Mərkəzinin rəhbəri Prof. Dr. Yaşar Sarı, AK Parti İstanbul millət vəkili Şamil Ayrım, istefada olan general-mayor Mustafa Özay, İbn Haldun Üniversitetinin rektoru Prof. Dr. Atilla Arkan və İbn Haldun Üniversiteti İdarə Heyətinin sədri Prof. Dr. İrfan Gündüz Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq bağlarına və zəfərin geosiyasi əhəmiyyətinə diqqət çəkən çıxışlar ediliblər.
Açılış çıxışlarından sonra Dr. Elvin Əbdülrəhmanlının moderatorluğu ilə “Tarixi Qarabağ Zəfəri” başlıqlı panel keçirilib. Paneldə məruzəçi qismində çıxış edən Dr. Eray Güçlüer və Dr. Elnara Madatova Qarabağ Zəfərinin hərbi, strateji, hüquqi və diplomatik nəticələrini iştirakçılarla bölüşüblər. Moderator Dr. Elvin Əbdülrəhmanlı Qarabağ mübarizəsinin haqlı davasına və bu zəfərin Türk Dünyası tarixindəki dönüş nöqtəsi olma xüsusiyyətinə toxunaraq diplomatiya və beynəlxalq hüquq müstəvisində aparılan mübarizələrin pərdəarxasını iştirakçılarla bölüşüb. Qlobal ictimaiyyətdə formalaşdırılan haqlı davanın diplomatik əks-sədalarını və hüquqi nailiyyətləri təhlil edən Əbdülrəhmanlı Azərbaycanın haqlı səsinin dünyaya çatdırılmasında mədəniyyət və təhsil diplomatiyasının əhəmiyyətinə diqqət çəkib. Həmçinin zəfərin gələcək nəsillərə ötürülməsində elmi araşdırmaların kritik rol oynadığını vurğulayaraq oturumun çərçivəsini müəyyənləşdirib.
Panelistlərdən Dr. Eray Güçlüer, çıxışında hərbi və strateji balansların necə lehimizə dəyişdirildiyini, müasir döyüş texnikalarının sahədəki uğurunu və geopolitik dönüş nöqtələrini ətraflı şəkildə diqqətə çatdırıb. Regiondakı yeni təhlükəsizlik memarlığının qlobal güc balansına təsirini təhlil edən Güçlüer, bu zəfərin təkcə Qafqazın deyil, bütün Türk Dünyasının taleyini dəyişdirdiyini bildirib.
Digər məruzəçi Dr. Elnarə Mədətova isə işğal illərində Qarabağda məhv edilən tarixi abidələr, dağıdılan memarlıq nümunələri və mədəni irs haqqında ətraflı təqdimat verib. Regiondakı tarixi yaddaşın və köklü memarlıq toxumasının məqsədli şəkildə yox edilməyə çalışıldığını konkret nümunələrlə izah edən Mədətova, zəfərlə birlikdə bu qədim irsin yenidən bərpa olunması prosesini və mədəni sərvətlərin qorunması istiqamətində atılan addımları vurğulayıb.
Konfransda həmçinin müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də çox sayda elm xadimi və universitet tələbəsi iştirak edib. Proqram plaketlərin təqdim olunması ilə başa çatıb.
Dövlət Təhlükəsizliyi üzrə fəlsəfə doktoru
Elvin Əbdülrəhmanlı

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 11 Noyabr 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















