Icma.az
close
up
RU
Myanmada zəlzələdən sonra qədim abidə üzə çıxıb

Myanmada zəlzələdən sonra qədim abidə üzə çıxıb

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Myanmada baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində Konbaunq Xanədanlığına aid olduğu güman edilən qədim taxta tikili üzə çıxıb.

Kulis.az xəbər verir ki, ingilislər tərəfindən dağıdılan və "Üçüncü Burma İmperiyası" kimi tanınan bu xanədanlığa dair bu kəşf, tədqiqatçılara nadir bir araşdırma imkanı yaradır.

İlk dəfə 2009-cu ildə, yerli sakinlərin kərpic bişirdiyi zaman ortaya çıxan bir pilləkən quruluşu, son zəlzələdən sonra yaranan dərin çatlarla genişlənərək yeni hissələri üzə çıxarıb.

Aprel ayında Mandalay Arxeologiya Departamentinin rəhbərliyi ilə aparılan qazıntılarda pilləkən tutacaqları, kərpic platformalar və təxminən 45 santimetrlik pillələr kimi yeni qalıqlar da aşkarlanıb.

Tədqiqatçılar bu elementlərin bəzilərini qədim palma yarpaqları üzərində yazılmış "Pura-pike" adlı əlyazmalardakı təsvirlərlə uyğunlaşdırırlar.

Myanma mədəniyyətində su tarix boyunca dini simvol kimi qəbul olunub. Bu səbəbdən “su sarayları” müxtəlif dini ayinlər üçün mühüm məkanlar kimi istifadə olunurdu.

"Letve Navraxta" adlı bir imperiya məmurunun yazdığı güman edilən əlyazmada, beş böyük pilləkəni və manqo ağaclarının kölgəsində yerləşən 18–20 yataqxanası olan möhtəşəm bir su sarayı təsvir edilir.

Lakin mütəxəssislər aşkar edilən quruluşun bu qədər möhtəşəm bir saraydan çox, təxminən 60–75 metr uzunluğunda və 60 metr enində taxta tikili — yaşayış evi ola biləcəyini düşünürlər.

Tikilinin memarlıq baxımından Mandalaydakı İnva Varkara Taxta Monastırı və məşhur Şvenandav (Qızıl Saray) Monastırına bənzədiyi qeyd edilir.

Qeyd edək ki, Myanma Arxeologiya və Milli Muzey Departamenti, bu tikilinin mümkün dini əhəmiyyətinə diqqət çəkərək araşdırmaların davam etdiriləcəyini və gələcəkdə bu qalıqların qorunaraq maarifləndirici məqsədlərlə ictimaiyyətə açılacağını bildirib.

"Dərviş” şüşə xalçası Sofiyada təqdim olundu “Nəsimi dastanı” baletinin təqdimatı oldu Xalq artisti Sərdar Fərəcov xəstəxanadan evə buraxıldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri