Beynəlxalq Cüdo Federasiyası Akademiyasının Bakıda daha bir seminarı baş tutub
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramı çərçivəsində Bakıda “nage-no-kata” üzrə seminar keçirilib. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Tədbir BCF Akademiyasının təhsil direktoru, Avropa Cüdo Birliyinin baş kata komissarı Slavişa Bradiçin rəhbərliyi ilə baş tutub.
Təlim zamanı iştirakçılara “nage-no-kata”nın nəzəri əsasları, texniki icra qaydaları və tədris metodikası ətraflı izah olunub.
Praktiki məşğələlərdə məşqçilər hərəkət ardıcıllıqlarını yerinə yetirərək texniki dəqiqliyin artırılması və kata tədrisində qarşılaşılan çətinliklərin aradan qaldırılması üzrə tövsiyələr alıblar.

Beynəlxalq Cüdo Federasiyası Akademiyasının eksperti Bakıda qonaq olub
20 Dekabr 2024 20:09
Bakıda Beynəlxalq Cüdo Federasiyası Akademiyasının məşqçilik üzrə sertifikat proqramına start verilib
11 Avqust 2025 14:37
Cüdo Akademiyasının seminarı
13 Avqust 2025 11:12
Beynəlxalq Cüdo Federasiyası Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramı uğurla başa çatıb FOTOLAR
17 Avqust 2025 13:22
Azərbaycan Cüdo Federasiyası ümumrespublika seminarı keçirib
28 Dekabr 2024 17:46

