Beynəlxalq Cüdo Federasiyası Akademiyasının eksperti Bakıda qonaq olub
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Cüdo üzrə dünya çempionu, Argentina və Kanada millilərinin sabiq məşqçisi, Beynəlxalq Cüdo Federasiyası Akademiyasının eksperti Daniela Krukover Azərbaycan İdman Akademiyasında təhsil alan 1-ci və 2-ci kurs tələbələri üçün keçirilən dərslərdə iştirak edib.
"Report" xəbər verir ki, məşqçilik üzrə təhsil alan tələbələrə öz töhfələrini verən mütəxəssis öyrənmə prosesinin məşqçilərdən başladığını, buna görə də bu proqramın Azərbaycan cüdosunun inkişafında vacib yer tutduğunu və proqramda iştirakından məmnun olduğunu söyləyib.
Proqramda iştirak edən tələbələrin dərslərə ciddi və həvəslə yanaşdığını müşahidə edən Daniela Krukover bunun əsas səbəbinin dərslərin yüksək səviyyədə həyata keçirilməsi olduğunu qeyd edib.
Layihənin Azərbaycan cüdosunun inkişafına olan müsbət təsirlərindən söz açan ekspert gələcəkdə Azərbaycanda cüdo ilə bağlı keçirilən başqa layihələrdə də iştirak etmək istədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 20 Dekabr 2024 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















