Icma.az
close
up
RU
Beynəlxalq dialoq platforması

Beynəlxalq dialoq platforması

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda Suriya və İsrail rəsmilərinin görüşü keçirilib

Bugünlərdə Bakıda Suriya və İsrail rəsmilərinin sayca ikinci görüşü baş tutub. Bu dəfə paytaxtımızda Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında görüş keçirilib. Bu barədə AFP məlumat yayıb. Bildirilib ki, Şeybani iyulun 30-da Rusiyanın paytaxtı Moskvada səfərdə olub. O, israilli nazirlə danışıqlar üçün Moskvadan Bakıya gəlib. Müxtəlif ərəb və İsrail mediası görüşün iyulun 31-də baş tutduğunu yazıb.

Kritik dönəmlərdə nəzərlər Bakıya yönəlir

Son vaxtlarda Suriya ilə İsrail arasında gərginliyin artması fonunda paytaxtımızda baş tutan görüşün nə qədər mühüm əhəmiyyət daşıdığı aydın şəkildə görünür. Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada nisbi sabitliyin pozulması, yenidən atəş səslərinin eşidilməsi, ayrı-ayrı regionlarda münaqişə ocaqlarının alovlanması  narahatlıqla izlənilir. Eyni zamanda, İsrail ordusu tərəfindən Suriyanın keçid hökumətinin nəzarətində olan ərazilərə bir neçə dəfə zərbələr endirilib.

Belə bir məqamda ziddiyyətlərdə olan iki ölkənin yüksək səviyyəli rəsmilərinin görüş yeri kimi Bakını seçmələri heç də təsadüfi deyil. Artıq ənənə halını alıb - dünya, region üçün həssas dönəmlərdə nəzərlər Bakıya yönəlir. Respublikamız artıq dünyada geosiyasi və geoiqtisadi proseslərə təsir etmək, onlara müsbət yön vermək iqtidarında olan orta güc kimi qəbul olunur. Azərbaycan heç vaxt ölkələr, xalqlar arasında bölücü xətlər yaratmaq mövqeyindən çıxış etmir. Əksinə, Azərbaycan Prezidenti İlham Əliyev qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin gücləndirlməsi təşəbbüslərindən çıxış edir ki, bu da dünyada təqdirlə qarşılanır. Azərbaycan cəmiyyəti qapalı cəmiyyət deyil, insanlarımıza tolerantlıq, multikulturalizm, başqa mədəniyyətlərə dözümlülük ruhu hakimdir. Azərbaycan 44 günlük Vətən müharibəsində, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı möhtəşəm qələbələr sayəsində regionda yeni reallıqlar yaradıb. Cənubi Qafqaz müharibələrdən, təhdidlərdən xilas olub. Bu reallıqlar sülhə, təhlükəsizliyə, regional əməkdaşlığa açılan fürsətlərdir. Cənubi Qafqaz coğrafiyasında sabitliyə nail olan Azərbaycan bu sabitliyin daha geniş coğrafiyada, o cümlədən də Yaxın Şərqdə və Suriyada bərqərar olmasına, onilliklər boyunca regionu inkişafdan saxlayan ixtilafların aradan qaldır?lmasına nail olmaq istətir.

Qlobal Şərqlə Qlobal Qərb arasında etibarlı körpülar yaratmaq mövqeyindən çıxış etməsi dünyada ölkəmizin və Prezident İlham Əliyevin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. ABŞ Prezidenti Donald Trampın Azərbaycanın dövlət başçısının III Şuşa Qlobal Media Forumundakı çıxışından bir hissəni özünün sosial şəbəkə hesabında paylaşması buna ən son nümunədir. Forumda  Prezident İlham Əliyev uzun illər ərzində müharibədən, işğaldan əziyyət çəkən Azərbaycanın sülhə möhkəm sadiqliyindən bəhs edib, Trampı da müharibə başlatmayan ABŞ Prezidenti kimi səciyyələndirib. Bu, bütövlükdə dünya üçün sülhə çağırışdır.

Azərbaycan öz nümunəsində yalnız sülhə çağırış təşəbbüsləri irəli sürməklə kifayətlənmir, eyni zamanda, qlobal dialoq məkanı qismində çıxış edir. Ölkəmizdə yüksək standartlar səviyyəsində keçirilən müxtəlif tədbirlər dünyanı bir araya gətirməyə xidmət edir. İndiyədək Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərə böyük uğurla ev sahibliyi edib. Bu sırada “Eurovision - 2012”-ni, Birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Beynəlxalq Astronavtika Konqresini xatırlaya bilərik. Ötən ilin noyabr ayında Bakı BMT-nin ən böyük tədbirlərindən birinə - qlobal iqlim konfransına böyük uğurla ev sahibliyi etdi. Həmin tədbirin keçirlməsi üçün Azərbaycanın məkan seçilməsi ölkəmizə qlobal səviyyədə inamın artmasının əyani təzahürüdür. Hazırda iqlim çağırışları dünyanı narahat edən ən aktual məsələlərdən biridir. Dünyada demək olar ki, bütün ölkələr qlobal istiləşmənin təsirlərinə məruz qalır, vəziyyət kiçik ada dövlətləri üçün daha təhlükəlidir. Məsuliyyətli dövlət olan Azərbaycan COP29-a nümunəvi ev sahibliyi etdi. Konfrans əla səviyyədə təşkil olundu, təxminən 80 min qonaq və 70 dövlət başçısı tədbirə qatıldı. Bu özlüyündə Azərbaycanın gücünü və ölkəmizə olan beynəlxalq inamı əks etdirir. Bu gün dünya Bakının nail olduğu nəticələrdən, COP29-un möhtəşəm mirasından çox məmnundur.

Respublikamızın Türkiyə -İsrail, Suriya - İsrail münasibətlərinə həssas yanaşması

Aralarında kəskin ziddiyyətlər olan Suriya və İsrail rəsmilərinə dialoq üçün platforma təqdim edən Azərbaycan bundan əvvəl  oxşar missiyanı qardaş Türkiyə ilə İsrailə münasibətdə sərgiləyib. Türkiyə və İsrail arasındakı gərginlik dünya birliyi və xüsusilə də Yaxın Şərq regionu üçün arzuedilən deyil. Burada Azərbaycan öz missiyasını dəqiq müəyyənləşdirməklə iki dövlət arasında ziddiyyətlərin aradan qaldırılmasına nail olmağa çalışır. Ancaq ölkəmiz indiyədək təvəzökar davranıb və bu istiqamətdə sərgilədiyi səyləri aləmə car çəkməyə lüzum görməyib. Ölkəmizin məqsədi hansısa xidmətləri piar vasitəsinə çevirmək yox, reallıqda Türkiyə ilə İsrail arasında gərginliyi aradan qaldırmaqdan ibarətdir. Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp dövlətimizin başçısına ünvanladığı məktubunda ölkəmizin İsrailə dəstəyini və sülh səylərini yüksək dəyərləndirib.

Azərbaycan Suriya-İsrail münasibətlərində də eyni həssas yanaşmadan çıxış edir. Tarixən Azərbaycanla Suriya arasında sıx bağlar olsa da, Bəşər Əsəd iqtidarı dönəmində əlaqələr demək olar ki, tamam kəsilmişdi. Müasir, demokratik inkişaf yolu tutan, dünyaya multikulturalizm ideyaları aşılayan Azərbaycan Suriyada despotizmə əsaslanan siyasət həyata keçirən Bəşər Əsəd rejimini qəbul edə bilməzdi və etmirdi də. Respublikamızın işğala məruz qaldığı illərdə təc?vüzkar Ermənistana hərtərəfli dəstək göstərən cinayətkar rejimlərdən biri də məhz Bəşər Əsəd iqtidarı idi. Onun açıq və gizli göstərişləri əsasında Suriyadan Ermənistana silahlar daşınır və terrorçu dəstələr göndərilirdi. Bu tendensiya xüsusilə 44 günlük müharibə dövründə daha da güclənmişdi. Belə bir faktı da vurğulamaq yerinə düşər ki, işğal illərində Suriyadan gətirilən ermənilərdən Qarabağın qeyri-qanuni məskunlaşdırılmasında bir alət kimi istifadə olunub.

İstibdad, zülmə əsaslanan siyasət süquta məhkumdur və biz bunu Suriyada Bəşər Əsəd rejiminin xalq tərəfindən devrilməsinin timsalında bir daha gördük. Öz xalqının nifrətini qazanan Bəşər Əsəd ölkəsindən qaçmaq məcburiyyətində qaldı.

Artıq Suriyada yeni dönəm başlayıb. Ölkənin keçid dövrü hakimiyyəti Bəşər Əsəd rejimninin kədərli miraslarının aradan qaldırılması kimi ağır bir prosesə başlayıb. Çətinliklə də olsa, işlər irəliləyir. Hədəflərdən biri də Suriyaya dost ölkələrlə zamanında bəlli səbəblərdən pozulmuş əlaqələri bərpa etməkdir ki, Azərbaycan da bu sırada ön mövqelərdə dayanır.

Suriyanın keçid iqtidarını dəstəkləyən ilk ölkələrdən biri

Azərbaycan Suriyanın keçid iqtidarını dəstəkləyən ilk ölkələrdən biridir.  Artıq 12 illik fasilədən sonra Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunub. Resspublikamızdan dost ölkəyə yardım karvanı yola salınıb. Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər çərçivəsində 29 dekabr tarixində nazir müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib. Görüş zamanı Suriyada yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbrikləri çatdırıb. Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğu bildirilib.

 Cari il  aprelin 11-də isə qardaş Türkiyədə  IV Antaliya Diplomatik Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş baş tutub. Bu görüşü indiki mərhələdə Bakı ilə Dəməşq arasında yeni məzmunlu münasibətlərin qurulması yolunda çox mühüm addım kimi dəyərləndirmək mümkündür. Həmin görüşdə liderlər ikitərəfli münasibətlərin bərpa olunmasının daha sürətlə həyata keçirlməsinin zəruriliyinə xüsusi vurğu ediblər. Bu da tərəflərin niyyətinə dəlalət edir - həm Azərbaycan iqtidarı, həm də Suriyanın yeni hakimiyyəti əlaqələrin qurulmasında və genişləndirlməsində maraqlıdırlar.

Antaliya görüşündən sonra Prezident İlham Əliyevin tapşırığı əsasında  Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyətinin Suriyaya səfəri baş tutub. Bəfər  Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb. Səfər çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan nümayəndə heyətini qəbul edib.

Liderlərin Antaliya Forumundakı görüşündən üç ay sonra isə Suriyanın keçid dövrü Prezidentinin ölkəmizə səfəri baş tutub. İyulun 12-də Azərbaycan Prezidenti İlham

Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub. Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluğun olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb. Öz növbəsində Əhməd Əl Şaraa da əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd edib.  O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyib.

Azərbaycan qazının ixrac olunduğu 14-cü ölkə

Azərbaycan Suriyanın keçid hökumətinə mənəvi-siyasi dəstək verməklə yanaşı, bu ölkədə sabitlik üçün mühüm önəm daşıyan bərpa prosesində də yaxından iştirak etmək əzmindədir. Azərbaycan müharibə zamanı dağıntılara məruz qalan şəhər və kəndlıərin bərpasında yaxşı təcrübəyə malik ölkədir. Suriya da uzun illər ərzində dağıntılarla üzləşib. Bu ölkədə yaşayış məntəqələrinin bərpasında, infrastruktur quruculuğunda Azərbaycan təcrübəsindən geniş şəkildə istifadə etmək mümkündür. Ölkəmiz də öz imkanlarını təqdim etməyə hazırdır.

Artıq bu istiqamətdə əməli işə start verilib. Avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib.  Mərasimdə Azərbaycan, Türkiyə, Suriya və Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına cari il aprelin 11-də Antalyada və iyulun 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüşlərdə əldə edilmiş razılaşmalar əsasında, qısa müddət ərzində start verilib. Nazir qeyd edib ki, bu layihə Suriyanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. M.Cabbarovun sözlərinə görə, Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur. 

Qeyd edək ki, Suriyaya qaz ixracına başlanılması ilə Azərbaycanın mavi yanacaq tədarük etdiyi ölkələrin sayı 14-ə çatıb.

 “Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir”. Bu sözləri isə Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir deyib.

Söz verildiyi kimi bu layihənin ən qısa vaxtda həyata keçirildiyini xüsusi olaraq vurğulayan nazir bildirib ki, yalnız Suriyaya dost və qardaş ölkələr onun xalqının rifahını, firavanlığını düşünə bilər.

 Azərbaycan qazını Suriyaya nəql edən boruların günlük potensialı 6 milyon kubmetrdir. İlkin mərhələdə bu marşrutla 3,4 milyon kubmetr qazın nəqli nəzərdə tutulur.

Suriyanın cənubu ən qaynar nöqtələrdən biridir

Bakıda Suriya və İsrail rəsmiləri arasında baş tutan iki görüşün nəticəsi olaraq Dəməşq ilə Təl-Əviv arasında bütün ziddiyyətlərin aradan qalxacağını düşünmək sadəlövhlük olardı. Bununla belə, müzakirələrin aparılması münaqişənin həlli yolunda uğurlu bir başlanğıc sayıla bilər. Bakı görüşü iki ölkənin ortaq məxrəcə gələcəyinə inamı artırıb.

Hələlik görüşün detalları barədə geniş məlumatlar verilmir. Bununla belə, Bakı görüşündə Suriyanın cənubundakı gərgin vəziyyətin müzakirə predmeti olduğu barədə məlumatlar yayılıb. Qeyd edək ki, hazırda Suriyanın cənubu ən qaynar nöqtələrdən biridir. Avqustun əvvəlində burada yerləşən Əs-Suveyda əyalətində yenidən silahlı toqquşmalar başlayıb. “Əl-Cəzirə” telekanalının yerli mənbələrə istinadən yaydığı məlumatda bildirilib ki, avqustun 2-də axşam saatlarında druz qrupları ilə əlaqəli qeyri-qanuni silahlı birləşmələr Əs-Suveyda şəhərinin qərbində yerləşən Təl-Hədid kəndinə hücum edərək əraziyə nəzarəti ələ keçiriblər.

Suriya təhlükəsizlik qüvvələrinin açıqlamasına görə, hücum zamanı digər yaşayış məntəqələri də atəşə tutulub, eləcə də ölkənin daxili təhlükəsizlik xidmətinin mövqelərinə hücum edilib. Nəticədə 5 hüquq-mühafizə əməkdaşı həlak olub, bir neçə nəfər isə yaralanıb.

Yerli mətbuat hücumların iyulun 19-dan qüvvədə olan atəşkəs rejiminə baxmayaraq baş verdiyini yazır. Qeyd edək ki, həmin atəşkəs bir həftə davam edən qanlı döyüşlərdən sonra druz icması ilə ərəb qəbilələri arasında əldə olunmuşdu. Qeyri-rəsmi məlumatlara əsasən, həmin qarşıdurmalarda yüzlərlə insan ölüb və yaralanıb.

Təhlükəsizlik qüvvələrindəki mənbələr hesab edir ki, bu hücumlar Suriya hökumətinin regionda sabitliyi bərpa etmək səylərinə zərbə vurmaq məqsədi daşıyır.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Avqust 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see235

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see225

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see166

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see142

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri