Icma.az
close
up
RU
Menu

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Antalyada beynəlxalq idman turizmi platforması keçiriləcək FOTOLAR

Antalyada beynəlxalq idman turizmi platforması keçiriləcək FOTOLAR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyə qlobal idman turizmi bazarında mövqeyini gücləndirməyə davam edir.

Dünyada sürətlə böyüyən idman tədbirləri sektorunun 2031-ci ilə qədər 609,07 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırıldığı bir dövrdə ölkə həm inkişaf etmiş MICE infrastrukturu, həm də geniş idman turizmi imkanları ilə diqqət çəkir.

Bu istiqamətdə keçiriləcək ən önəmli tədbirlərdən biri olan “Sports & Events Türkiye” 31 may – 3 iyun tarixlərində Türkiyə Rivyerasının turizm mərkəzi hesab edilən Antalya şəhərində baş tutacaq. Tədbirin Türkiyənin beynəlxalq idman turizmi sahəsində artan rolunu daha da möhkəmləndirəcəyi bildirilir.
Türkiyənin ilk beynəlxalq idman turizmi platforması hesab edilən “Sports & Events Türkiye” İdman Turizmi Assosiasiyasının (STB), Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinin, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Antalya Valiliyinin və Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) dəstəyi ilə təşkil olunur.

Tədbir çərçivəsində idman və tədbir sənayesinin aparıcı beynəlxalq nümayəndələri Antalyada bir araya gələcək. Platforma Türkiyədə fəaliyyət göstərən şirkətlərlə Avrasiya və Yaxın Şərq regionundan olan alıcılar arasında yeni əməkdaşlıq imkanları yaradacaq.

İdman səfərləri, qrup turları, turnirlər və peşəkar hazırlıq proqramlarını əhatə edən tədbirin Türkiyənin regional və beynəlxalq səviyyədə idman turizminin əsas görüş nöqtələrindən birinə çevrilməsinə töhfə verəcəyi qeyd olunur.

“Sports & Events Sevilla” çərçivəsində beynəlxalq təqdimatı keçirilən “Sports & Events Türkiye” platforması Türkiyənin aparıcı turizm məkanları və idman infrastrukturu ilə qlobal idman turizmi nümayəndələrini bir araya gətirməyə hazırlaşır.

Mallorca və Valensiya kimi şəhərlərdə uğurla təşkil olunan “Sports & Events Europe” layihəsinin təcrübəsinə əsaslanan Türkiyə mərhələsində 300-dən çox beynəlxalq iştirakçının, eləcə də 80-dən artıq yerli idman turizmi şirkəti və təchizatçının iştirak etməsi gözlənilir. Tədbir çərçivəsində 1000-dən çox B2B görüşün keçirilməsi planlaşdırılır.

İştirakçılar üçün hazırlanan proqram çərçivəsində müxtəlif networking görüşləri, hotel və idman obyektlərinə tanışlıq turları, idman fəaliyyətləri, Antalya şəhərini əhatə edən xüsusi təcrübə proqramları və qala gecəsi təşkil olunacaq.

Dörd fərqli fəslin yaşandığı və zəngin təbii landşaftlara sahib olan Türkiyə ilin bütün dövrlərində idman və macəra həvəskarlarına geniş imkanlar təqdim edir. Ölkəyə gələn turistlər qədim yürüş marşrutlarını kəşf edə, müxtəlif relyeflərdə velosiped turlarına qoşula, həmçinin paraplan kimi adrenalin dolu fəaliyyətlərdə iştirak edə bilirlər.

Yay aylarında mavi sahillərdə dalğıc və kaytsörfinq, qış mövsümündə isə qarlı dağlarda xizək turizmi ön plana çıxır. Yaz və payız ayları isə qolf və rafting kimi açıq hava fəaliyyətləri üçün ən əlverişli dövr hesab olunur.

Türkiyənin bu zəngin imkanları ölkəni yalnız aktiv və macəra yönümlü turizm üçün cazibədar məkana çevirmir, eyni zamanda beynəlxalq idman tədbirlərinin əsas mərkəzlərindən biri kimi önə çıxarır. Ölkədə “Tour of Türkiye”, “Bosphorus Cup” və beynəlxalq trail-running yarışlarından olan “KAÇKAR BY UTMB” kimi nüfuzlu yarışlar keçirilir.

Təşkil olunan tədbirlərin yüksək standartları beynəlxalq diqqəti cəlb etməyə davam edir. Belə ki, “Salomon Cappadocia Ultra Trail” yarışı yaxın zamanda “Awards for Excellence in Sustainable Sports Tourism” mükafatlarında “İdman turizmində icmaya təsir” kateqoriyası üzrə mükafata layiq görülüb.

Türkiyə Rivyerasının ən məşhur turizm istiqamətlərindən biri olan Antalya yalnız dəniz turizmi ilə deyil, idman və aktiv istirahət imkanları ilə də diqqət çəkir. İlboyu hökm sürən mülayim Aralıq dənizi iqlimi və təxminən 300 gün davam edən günəşli hava şəhəri müxtəlif idman tədbirləri və turnirlər üçün əlverişli məkana çevirir.

Bölgədə turistlər Likya yolunda yürüş edə, Tahtalı dağı ilə sahil xətti arasında uzanan marşrutlarda velosiped turlarına qoşula bilirlər. Belekdə qolf, Kaşda dalğıc, Köprülü Kanyonda rafting və Geyikbayırında qayayadırmanma kimi fəaliyyətlər isə Antalyanın fərqli idman növləri üçün geniş imkanlara sahib olduğunu göstərir.

Antalya yüksək səviyyəli infrastrukturu və xidmət keyfiyyəti sayəsində futbol komandalarının təlim-məşq toplanışları üçün də ən çox seçilən istiqamətlərdən biri hesab olunur. Bu xüsusiyyət şəhəri həm peşəkar, həm də həvəskar idman tədbirləri üçün ilin bütün dövrlərində aktiv mərkəzə çevirir.
Şəhərin beynəlxalq idman imici nüfuzlu tədbirlərlə daha da güclənir. “Turkish Airlines Open”, “Alanya Ultra Trail”, “Runtalya” və “Tour of Antalya” kimi yarışlar hər il dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçı və izləyicini bölgəyə cəlb edir.

BMT İqlim Dəyişikliyi Konfransı (COP31) və 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC) kimi qlobal tədbirlərə ev sahibliyi təcrübəsinə malik olan Antalya artıq “Sports & Events Türkiye” platforması ilə beynəlxalq idman turizmində mövqeyini daha da möhkəmləndirməyə hazırlaşır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 May 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see342

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see291

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see278

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see271

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see268

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see244

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see240

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see232

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see227

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see222

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see220

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see211

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see203

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see197

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see182

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see173

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see173

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see173

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri