Icma.az
close
up
RU
“Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsinə başlanılıb AZƏRTAC

“Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsinə başlanılıb AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 noyabr, AZƏRTAC

COP29 beynəlxalq konfransı çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Dövlət Universiteti (BDU), Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi və Afrika Gənclərinin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə ekoloji problemlərin həllinə və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi fəaliyyətə başlayıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində noyabrın 16-da COP29-un Yaşıl zonasında müzakirə paneli keçirilib. BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri, Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin sədri Şəbnəm Səfərovanın moderatorluğu ilə keçən panel müzakirəsində Afrika Diplomatiya və Beynəlxalq Əlaqələr Məktəbinin vitse-prezidenti, Afrika Gənclərinin İnkişafı Fondunun rəhbəri, professor Tunji Asaolu, ali təhsildə keyfiyyət təminatı eksperti Vonda Qrobellar, ABŞ-nin “E&O Global İnc” şirkətinin Baş icraçı direktoru Orxan Şirinzadə, Sankt-Peterburq Mədənçilik Universitetinin geologiya və ətraf mühit elmləri üzrə tədqiqatçısı Emil Qasımov iştirak ediblər. Panel zamanı "Davamlı inkişafın əhəmiyyəti", "Növbəti nəsillər üçün iqlim təhsili", "Qaz yataqlarında metan (CBM) istehsalı və CO2 tutulmasında idarəetmə səmərəliliyinin qiymətləndirilməsi", "Yaşıl logistika: investisiya və tətbiq maneələrinin aradan qaldırılması" kimi mövzular müzakirə olunub.

Layihənin əsas məqsədi su qıtlığı, torpaqların şoranlaşması və meşə fondunun azalması kimi ekoloji problemlərin həlli üçün sosial maarifləndirmə və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Layihə çərçivəsində yaradılan "Yaşıl Dialoq Forumu" hökumət nümayəndələri, özəl sahə ekspertləri və akademik mühit nümayəndələrini bir araya gətirən illik forumun keçirilməsi üçün təsis edilib.

Növbəti panel müzakirələri noyabrın 17-də və 21-də Yaşıl zonada davam etdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2024 07:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri