Icma.az
close
up
RU
Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 oktyabr, AZƏRTAC

Beynəlxalq Enerji Agentliyinin (IEA) İdarə Heyəti beynəlxalq enerji təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib və qlobal enerji bazarlarında mövcud çətinliklərin aradan qaldırılması üçün əlavə tədbirlərin görülməsinə hazır olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə IEA məlumat yayıb.

Bildirilir ki, IEA Katibliyinin son qiymətləndirmələrinə əsasən, neft bazarlarında, xüsusilə dizel yanacağı üzrə təklif məhdud olaraq qalır. Bu baxımdan, oktyabrın 2-də “Böyük yeddilik” (G7) tərəfindən qəbul edilmiş bəyanata uyğun olaraq, enerji bazarlarında yaranan problemlərin həlli üçün əlavə addımların atılması nəzərdə tutulur.

İdarə Heyəti, həmçinin, Hörmüz boğazında yaranmış böhrana cavab olaraq 2026-cı ilin martında razılaşdırılmış birgə tədbirlərin icrasını davam etdirmək öhdəliyini təsdiqləyib. Bildirilib ki, indiyədək təxminən 330 milyon barel neft ehtiyatı bazara çıxarılıb. Qalan təxminən 100 milyon barelin milli şərait nəzərə alınmaqla, vaxtında bazara çıxarılması üçün zəruri tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

Bəzi üzv ölkələrin mart ayında ilkin öhdəliklərindən daha çox neft ehtiyatını bazara çıxardığı, digər ölkələrin də bu addımı atmağı planlaşdırdığı qeyd edilib. Nəticədə bazara çıxarılacaq ehtiyatların ümumi həcminin ilkin nəzərdə tutulan 400 milyon bareli ötəcəyi gözlənilir.

İdarə Heyəti qalan ehtiyatların bazara çıxarılmasının sürətləndirilməsinə də razılıq verib. Bu çərçivədə mümkün qədər tez, o cümlədən 20 milyon bareldən çox dizel yanacağının bazara çıxarılması planlaşdırılır.

Bununla yanaşı, neft hasilatı və emalı imkanlarına malik üzv ölkələr xam neft və emal olunmuş neft məhsullarının, xüsusilə dizel yanacağının təklifini artırmağa çağırılıb. Enerji ticarətinin sərbəst həyata keçirilməsinin vacibliyi də vurğulanıb.

IEA Katibliyi mart ayında razılaşdırılmış birgə tədbirlərin tam icrası istiqamətində irəliləyişi izləməyə davam edəcək. Katiblik yenilənmiş neft bazarı qiymətləndirməsi, xüsusilə dizel yanacağı bazarındakı vəziyyət əsasında zəruri əlavə tədbirlər barədə G7 liderlərini və IEA-nın İdarə Heyətini məlumatlandıracaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri