“Beynəlxalq faktlar Qərbi azərbaycanlıların ata baba yurdlarına qayıtmasını təsdiqləyir” Əziz Ələkbərli
Icma.az bildirir, Bizim media portalına istinadən.
Ötən il l Beynəlxalq konfransda 28 ölkədən 44 nümayəndə iştirak edirdi. Bu il 51 ölkədən 102 nümayəndə iştirak edir. Demək olar ki, bu il iştirakçıların sayı həm ölkələr, həm nümayəndələr üzrə iki dəfə artıb.
Bizim.Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu diqqət Qərbi Azərbaycan İcmasının son bir ildə Qərbi Azərbaycan həqiqətlərini və insanlarımızin qayıdış hüququnun beynəlxalq ictimaiyyətə yüksək səviyyədə çatdırılmasının göstəricisidir:
"Bugünkü tədbirdə 5 panel üzrə 25 məruzəyə qulaq asacağıq. Bu gün bütün beynəlxalq sənədlər, beynəlxalq faktlar Qərbi azərbaycanlıların öz ata -baba yurdlarına qayıtmasını təsdiqləyir".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 05 Dekabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















