Icma.az
close
up
RU
Beynəlxalq Gənclər Günü Binəqədidə geniş proqramla qeyd edilib

Beynəlxalq Gənclər Günü Binəqədidə geniş proqramla qeyd edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 avqust, AZƏRTAC

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə gəncləri bir araya gətirən geniş tədbir proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin ictimai fəallığını artırmaq, təşəbbüslərini dəstəkləmək, şəxsi və peşəkar inkişaflarına töhfə vermək, həmçinin fəallığı və təşəbbüskarlığı ilə seçilən gəncləri təşviq etməkdir.

Tədbirdə çıxışlar zamanı Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən, gənclərin təhsil, inkişaf və özünüreallaşdırma imkanlarının genişləndirilməsindən bəhs olunub. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla və ardıcıl şəkildə davam etdirilir. Gənclərə göstərilən diqqət və etimad onların ölkənin ictimai, elmi, mədəni və idman həyatında fəal iştirakına geniş imkanlar yaradır.

İki hissədən ibarət proqramın ilk hissəsində Binəqədi Gənclər Evində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada ictimai fəaliyyəti, təşəbbüskarlığı və nailiyyətləri ilə fərqlənən gənclər iştirak ediblər.

Görüş zamanı gənclərin inkişaf imkanları, gələcək hədəfləri, cəmiyyətdə rolu və yeni təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, dövlət tərəfindən gənclər üçün yaradılan imkanlar və müasir Azərbaycan gəncliyinin qarşısında açılan yeni perspektivlər barədə müzakirələr keçirilib.

Tədbir çərçivəsində Beynəlxalq Gənclər Gününə həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilib, fəallığı, təşəbbüskarlığı və fəaliyyəti ilə seçilən gənclərə xüsusi hədiyyələr təqdim olunub.

Tədbirin ikinci hissəsi Binəqədi Gənclər Evinin açıq ərazisində və stadionunda musiqili-əyləncəli proqramla davam edib.

Beləliklə, Binəqədi Gənclər Evində keçirilən tədbir Beynəlxalq Gənclər Gününü həm rəsmi və motivasiya xarakterli görüş, həm də musiqili-əyləncəli proqram formatında qeyd etməyə imkan yaradıb. Tədbir gənclərin bir araya gəlməsi, fikir və təcrübə mübadiləsi aparması, yeni əlaqələr qurması və əlamətdar günü birlikdə qeyd etməsi baxımından əhəmiyyətli platforma olub.

Müxbir - Nailə Həsənova

Fotoqraf - Nicat Həşimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2026 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri