Icma.az
close
up
RU
Beynəlxalq hüquq sıradan çıxır Bu ərazilər Rusiyanın tərkib hissəsi kimi tanınacaq

Beynəlxalq hüquq sıradan çıxır Bu ərazilər Rusiyanın tərkib hissəsi kimi tanınacaq

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Böyük Britaniya, Almaniya və Fransa – ABŞ-ın Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlardan çəkiləcəyindən ehtiyat edirlər. Bu səbəbdən də onlar Kiyev rəhbərliyini müəyyən ərazilərdən imtina etməyə razı salmağa çalışırlar.

Nəşr Londonda Ukrayna ilə bağlı keçirilən danışıqlarda iştirak edən mənbəyə istinadla yazır ki, Avropa “üçlüyü” kompromis axtarışındadır. Onlar Kiyevin “qırmızı xətləri”ni tam pozmadan, lakin yekun danışıqlar mərhələsində bəzi ərazilərdən imtina etməyə məcbur qalacağı bir model üzərində düşünürlər. Bununla belə, konkret olaraq hansı ərazilərin müzakirə mövzusu olduğu açıqlanmır. Avropa ölkələri eyni zamanda Krımın Rusiyanın bir hissəsi kimi tanınmasına qəti şəkildə qarşı çıxırlar. Onların fikrincə, bu addım beynəlxalq qaydalara əsaslanan dünya nizamını sarsıdar.

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, bu proses, müharibənin dayandırılması və sülhün bərqərar olunmasına yönəlmiş bir təşəbbüsdür:

“Sadəcə olaraq, tərəflərin yanaşmaları və iddiaları fərqlidir. Şübhəsiz ki, Rusiya müharibəni dayandırmaq qarşılığında daha böyük tələblərlə çıxış edir. Mövcud vəziyyətdə müharibənin davam etməsi Rusiyanın mövqelərini gücləndirir. Ən azından Rusiya rəhbərliyi belə düşünür.

Lakin məsələ yalnız bu çərçivədə məhdudlaşmır. Burada hüquqi, siyasi və hərbi perspektivlər də nəzərə alınmalıdır. Rusiya imperiyası və hazırkı hakimiyyət rejimi təkcə Ukraynanın bəzi əraziləri ilə kifayətlənəcək bir sistem deyil. Bugünkü vəziyyətdə Krımın Rusiyaya aid olduğunu tanımaqla sabah başqa regionların da tanınması, hətta uzaq perspektivdə Ukraynanın və Şərqi Avropanın, Baltikyanın bəzi ölkələrinə qarşı iddiaların ortaya çıxması mümkündür. Dünya təcrübəsində bu kimi hadisələr yaşanıb və Rusiya bu ölkələrdən biridir.

Üstəlik, bu məsələ yalnız Rusiyanın istəyi ilə də bağlı deyil. Məsələ ondadır ki, müharibənin dayandırılması ilə bağlı aparılan danışıqlarda əsas prinsip beynəlxalq hüquq olmalıdır. Əgər beynəlxalq hüquq nəzərə alınmayacaqsa, onda belə bir hüququ yaratmağa nə ehtiyac vardı? Dünya necə idarə olunacaq? Beynəlxalq münasibətlər sistemi, müharibələrin sonlandırılması hansı qanunlara əsaslanacaq?

Təəssüf ki, bu yanaşmanı ortaya qoyan və dünyanı qeyri-müəyyən vəziyyətə salan Donald Tramp administrasiyasıdır. Rusiya müharibənin səbəbləri ilə bağlı müxtəlif bəhanələr irəli sürə bilər. Amma aydın faktdır ki, bu müharibəyə başlayan Rusiyadır.

Natiq Miri

Bu cinayəti ört-basdır etmək üçün guya müharibənin səbəblərini aradan qaldırmaq adı altında manevrlər edilir. Təəssüf ki, dünya siyasətindən anlayışı olmayan Donald Tramp bu tələyə düşə bilər. Onun Rusiyaya göndərdiyi nümayəndələr, diplomat adı daşısalar da, göstərir ki, nə adekvat mövqe sərgiləyə, nə də hüquqa uyğun davranış nümayiş etdirə bilirlər. Bu isə cəzasızlıq mühitinin yaranması deməkdir. Belə bir vəziyyətdə işğalçı dövlət niyə dayansın?

Əgər güc yolu ilə ərazilər ələ keçirmək mümkündürsə və buna görə heç bir cəza tətbiq olunmursa, o zaman Rusiya kimi gücə əsaslanan bir ölkə niyə bu siyasəti davam etdirməsin? Dünya dövlətləri bunu anlayırmı? Təəssüf ki, məsələyə yanaşmada ciddi səhvlər var. Bu səhvlər növbəti fəlakətləri və yeni müharibələri, hətta qlobal qarşıdurmaları doğura bilər. Çünki ortada nə hüquq, nə qanun, nə də ədalət prinsipləri qalır.

Bu səbəbdən məsələ təkcə Ukrayna ilə bağlı deyil bu, ümumilikdə hüquqsuzluq problemidir. Sistemsizlik, səhv yanaşmalar və gücə əsaslanan nəticələrin qəbul edilməsi ilə bağlı məsələdir. Bu, Rusiyanın ortaya qoyduğu iddiaların nəticəsidir. Əgər bu bir yanlışdırsa, ona razılaşmaq ikinci bir səhvdir. Bu səbəbdən bu məsələ gələcək dünya üçün olduqca faciəvi nəticələr doğura biləcək məsələdir.

Bu siyasət kökündən yanlışdır və nə qədər təhlükəli olduğu aydın görünür. Və təəssüf ki, bu siyasəti stimullaşdıran və həyata keçirən də məhz Tramp administrasiyasıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Aprel 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri