Icma.az
close
up
RU
Beynəlxalq hüquq və tarixi ədalət əsasında həllini tapan Qarabağ münaqişəsi

Beynəlxalq hüquq və tarixi ədalət əsasında həllini tapan Qarabağ münaqişəsi

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mart ayının 13-də “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu da, Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı da müxtəlif televiziya kanallarının diqqətini çəkib. “Euronews” televiziya kanalı çıxışın aktuallığını, dünyəvi proseslərin sülh, əmin-amanlıq müstəvisində davam etdirilməsi baxımından siyasi tezislərinin bəşəriliyini nəzərə alaraq dövlət başçımızdan müsahibə götürüb.

Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu olduğunu qeyd edən, XII Qlobal Bakı Forumun iştirakçılarının qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklərini, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda bölüşəcəyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir dünyanı narahat edən bir məsələni də diqqətə çatdırıb: “Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil.

Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində Azərbaycanın zəngin yeraltı, yerüstü sərvətlərə malik olduğunu xatırladaraq bildirib ki, İkinci Qarabağ müharibəsində biz ərazimizi yüksək peşəkarlıqla formalaşdırdığımız güclü ordumuza, bu sərvətlərimizə güvənərək tam bərpa etdik. Bundan sonra da öz resurslarımıza güvənəcəyik. İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu fakt dünya dövlətləri tərəfindən də təsbit edildi. Müharibənin başa çatması hələ bölgədə sülhün yaranması demək deyildir. Bu məqamı da xatırladan dövlət başçımız dedi ki, “Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”.

Cənubi Qafqazın qarşıdurma və düşmənçilik bölgəsi olduğunu, milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmadığımızı xatırladan dövlət başçımız qlobal dəyişikliklərin yenicə başladığına diqqəti çəkərək dünyanın siyasi atmosferi haqqında da fikirlərini bildirib: Geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmalıyıq. Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq.

Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibdir. Çıxışıma nəzər salsanız görərsiniz ki, baş verənlərlə bağlı çox nikbin əhvali-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq. Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar.

Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Ümid edirəm ki, burada, bu Forumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək”.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından sonra “Euronews” televiziya kanalına müsahibəsi mahiyyəti baxımından tarixi müsahibədir və Azərbaycan gerçəkliklərinin dünyaya inteqrasiyası kimi də maraql qarşılanacaq.

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Mart 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see273

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see205

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see183

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see177

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see175

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see144

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see137

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see137

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see136

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see134

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see134

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see128

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see128

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see127

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see125

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see124

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see124

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see122

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri