Icma.az
close
up
RU
Dayanıqlı sülh yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür

Dayanıqlı sülh yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etmişdir. Möhtərəm Prezidentin bu çıxışı Cənubi Qafqazda yaranmış yeni reallıqların dünyanın əsas beynəlxalq platformasından təqdim edilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycan onilliklər ərzində təcavüzə və işğala məruz qalan ölkə statusundan qalib ölkə və regional lider statusuna keçmişdir. Çıxışda hərbi zəfərin diplomatik uğurla tamamlandığı xüsusi vurğulandı".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin payız sessiyasının 2025-ci il 30 sentyabr tarixli plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, sülh sazişinin paraflanması və əldə edilmiş digər razılaşmalar dövlətimizin öz milli maraqlarını həm güc yolu ilə müdafiə etmək, həm də hüquqi və siyasi alətlərin köməyi ilə təsbit etmək qabiliyyətini nümayiş etdirmişdir. Sülh sazişi həm də onu göstərmişdir ki, dayanıqlı sülh yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür:
"Möhtərəm cənab Prezidentin çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və bərpasına, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına, infrastrukturun inkişafına böyük diqqət yetirildi.
Azərbaycan döyüş meydanında qələbəni davamlı inkişaf layihəsinə çevirməyi bacaran bir dövlət modeli kimi təqdim edildi.
Ölkəmiz Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji marşrutlarının əsas həlqəsinə çevrilmişdir. Azərbaycanın rolu və əhəmiyyəti regionun hüdudlarından çox-çox kənara çıxır, Avropanın və Asiyanın təhlükəsizliyinə və tərəqqisinə təsir göstərir.
Möhtərəm cənab Prezidentin çıxışında beynəlxalq münasibətlər sistemində islahatlar aparılmasına çağırış edilməsi də çox əhəmiyyətlidir. Dövlətimizin başçısı beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, qarşılıqlı hörmət və əməkdaşlıq, dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi və ikili standartlardan imtina olunması prinsiplərinin önəmini də vurğulamışdır. Və bu prinsiplərin Azərbaycanın qlobal gündəliyə baxışları kimi təqdim edilməsi möhtərəm Prezidentin çıxışını beynəlxalq hüququn və qlobal idarəetmənin gələcəyi ilə bağlı müzakirələrin mühüm tərkib hissəsinə çevirmişdir".
MM sədrinin sözlərinə görə, inamla demək olar ki, möhtərəm cənab Prezidentin yüksək tribunadan səsləndirdiyi fikirlər, Azərbaycanın təcrübəsi barədə söylədikləri bir çox dövlətlər üçün son dərəcə əhəmiyyətli olacaqdır.
Və hörmətli deputatlar, bu gün payız sessiyasının ilk iclasıdır:
"Mən ötən sessiyada görülmüş işlərə bir daha nəzər salmaq istəyirəm. Bu ilin yaz və növbədənkənar sessiyalarının yekunları barədə mən sizə məlumat vermişdim. Bildiyiniz kimi, sentyabrın 9-da bizim növbədənkənar bir sessiyamız da keçirildi və həmin sessiya Vaşinqton razılaşmalarına həsr edilmişdi.
Ümumən, üç sessiyada iyirmi iki iclas keçirilmiş, yüz on qanun və qərar qəbul edilmişdir. Ölkənin ictimai-siyasi həyatının mühüm məsələlərinə münasibət bildirilmişdir.
Eyni zamanda, onu da qeyd edim ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam etdirilmişdir.
Belə ki, parlamentin iyirmi deputatı on xarici ölkəyə iyirmi üç səfər həyata keçirmişdir. Deputatlarımız beş beynəlxalq təşkilatın tədbirlərində iştirak etmiş, həmçinin Moldovada keçirilən parlament seçkilərini müşahidə etmişlər.
Və sessiyalar arasında iyirmi ölkənin iyirmi üç nümayəndə heyəti, ümumən isə yüz otuz dörd nəfər xarici qonaq Milli Məclisdə olmuşdur.
Milli Məclisin sədri Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç, iki ölkənin icra orqanlarının ali vəzifəli şəxsləri, habelə iki beynəlxalq təşkilatın nümayəndə heyətləri və beş ölkənin səfirləri ilə görüşlər keçirmişdir.
Sessiyalar arasında Milli Məclis sədrinin üç ölkəyə işgüzar səfərləri olmuşdur.
Belə ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti iyulun 27-dən 30-dək İsveçrənin Cenevrə şəhərində Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində, avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində Parlamentlərarası Forumda iştirak etmişdir.
Həmçinin Milli Məclisin sədri sentyabrın 16-dan 18-dək Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində işgüzar səfərdə olmuş, orada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının sessiyasında və Assambleyanın 2-ci Qadın Siyasi Liderlər Forumunda iştirak etmişdir.
İşgüzar səfərlər çərçivəsində bir sıra ölkələrin parlament rəhbərləri ilə mənim görüşlərim də keçirilmişdir".
Sahibə Qafarova deyib ki, Konstitusiya və Suverenlik İli çərçivəsində Milli Məclis tərəfindən iki tədbir təşkil edilmişdir:
"Sentyabrın 19-da parlamentdə Dövlət Suverenliyi Gününə həsr olunan böyük bir konfrans keçirilmiş, sentyabrın 25-də isə Milli Məclisin bir qrup deputatının və parlament aparatı əməkdaşlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yürüşü olmuşdur".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Sentyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri