Prezident: Qarabağda olan münaqişə tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində səsləndirib.
Münaqişələrin sayının artmaqda olduğunu təəssüflə vurğulayan dövlətimizin başçısı qeyd edib: "Əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə, burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 Mart 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















