Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Beynəlxalq hüququn gücü: prinsiplər və reallıqlar arasında

Beynəlxalq hüququn gücü: prinsiplər və reallıqlar arasında

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

BMT müasir təhlükəsizlik çağırışlarını cavablandırmağa və beynəlxalq hüququn təmininə qadir deyil

Qlobal siyasətin sürətlə dəyişdiyi, xüsusilə geosiyasi rəqabətin dərinləşdiyi və müxtəlif regionlarda münaqişələrin davam etdiyi bir dövrdə beynəlxalq hüququn rolu daha da aktuallaşır. Dövlətlərarası münasibətlərin tənzimlənməsi, suverenliyin və ərazi bütövlüyünün qorunması, münaqişələrin dinc yollarla həlli və beynəlxalq sabitliyin təmin olunması məhz beynəlxalq hüququn fundamental prinsipləri ilə bağlıdır. Beynəlxalq hüquqdan danışarkən ilk növbədə yada BMT düşür - o baxımdan ki, BMT Nizamnaməsi də beynəlxalq sülh və təhlükəsizliyin qorunmasını təşkilatın əsas məqsədlərindən biri kimi müəyyənləşdirir. BMT Nizamnaməsinin 24-cü maddəsinə əsasən, bu sahədə əsas məsuliyyət təşkilatın əsas ali orqanının - Təhlükəsizlik Şurasının üzərinə düşür, 25-ci maddə isə üzv dövlətlərin Şuranın qərarlarını qəbul edib yerinə yetirməsini nəzərdə tutur. Lakin müasir beynəlxalq münasibətlər təcrübəsi hüquqi prinsiplərlə onların tətbiqi arasında müəyyən ziddiyyətlərin mövcudluğunu da göstərir. Müxtəlif regionlarda oxşar xarakterli hadisələrə fərqli yanaşmaların nümayiş etdirilməsi beynəlxalq hüququn universallığı və obyektivliyi ilə bağlı ortaya bir çox suallar çıxarır.

“BMT Təhlükəsizlik Şurası, - sadəcə olaraq buna qadir olmadı, daha doğrusu, çox güman ki, bunu etmək istəmirdi”

Bu baxımdan Azərbaycan-Ermənistan münaqişəsi xüsusi nümunədir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edərək Azərbaycanın əraziləri ilə bağlı vəziyyətə münasibət bildirib və işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb edib. Sonuncu qətnamə də əvvəlki qətnamələrin tələblərinin yerinə yetirilməsinə çağırışla yanaşı, Zəngilan və Horadizdən, eləcə də digər yeni işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb edirdi.

Bununla belə, həmin qətnamələrin icrası uzun illər təmin olunmadı və münaqişə təxminən üç onillik ərzində davam etdi. Beləliklə, Azərbaycanın təcrübəsi beynəlxalq hüquq normalarının yalnız qəbul edilməsinin deyil, onların icrasını təmin edən siyasi və institusional mexanizmlərin də nə qədər vacib olduğunu göstərdi. Məhz bu məqam beynəlxalq hüququn gələcəyi ilə bağlı əsas suallardan birini ortaya qoyur: qəbul edilən hüquqi qərarlar bütün dövlətlər üçün eyni prinsipiallıqla və ardıcıllıqla tətbiq olunmadıqda qlobal hüquq sisteminin effektivliyini necə təmin etmək mümkündür?

Prezident İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv dövlətlərin təhlükəsizlik şuralarının rəhbərlərini qəbul edərkən bildirib ki, beynəlxalq mexanizmlər işləsəydi və BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq, bu qədər itki olmazdı: “Sadəcə olaraq, beynəlxalq hüquq iflic vəziyyətinə düşmüşdü, lakin bu, öz-özünə baş verməmişdi. Onu həyata keçirməli olan qurum, - BMT Təhlükəsizlik Şurası, - sadəcə olaraq buna qadir olmadı, daha doğrusu, çox güman ki, bunu etmək istəmirdi. İkili standartlar, bəzi ölkələrə verilən üstünlüklər prinsiplərdən üstün olduqda, münaqişələr də məhz belə yaranır. Buna görə də münaqişələrin qarşısını almaq və ya onlar artıq baş veribsə, onları sülh yolu ilə həll etmək üçün hansı mexanizm mövcuddur? Yalnız beynəlxalq hüquq. Buna görə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində elə bir mexanizm hazırlamaq lazımdır ki, bu mexanizm qətnamələrin həyata keçirilməsinə gətirib çıxarsın. Əks halda, bu, seçici yanaşmadır. Böyük dövlətlər, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri üçün bu, maraqlı olduqda, qətnamələri bir gün ərzində həyata keçirirlər. Bu, onlar üçün maraqlı olmadıqda və ya bizim vəziyyətimizdə olduğu kimi, bunu özləri üçün əlverişsiz hesab etdikdə isə həmin qətnamələr 30 il ərzində kağız üzərində qaldı. Sonra biz gəlib bizə məxsus olanı geri aldıq”.

81 il öncə müəyyənləşən prinsiplər...

Birləşmiş Millətlər Təşkilatı 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılıb. Hazırda dünyanın 193 ölkəsi BMT-nin mandat sisteminə daxildir. BMT beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. Təşkilatın Nizamnaməsi 1945-ci il 26 iyun tarixində imzalanıb və 1945-ci il 24 oktyabrda qüvvəyə minib.  Qurumun əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Respublikamız təşkilata 1992-ci ildə qəbul olunub.

Qurumun yaranmasından ötən 81 ildə isə yeni reallıqlar, yeni siyasi situasiyalar yaranıb. Qurumun əsas qərar qəbuletmə və veto hüququ  BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündə - ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çindədir.  Günümüzün reallığı müstəvisindən yanaşdıqda isə, sirr deyil ki, bu 5 ölkə öz aralarında həm siyasi, həm də iqtisadi rəqabətə malikdirlər. Başqa sözlə desək, bu rəqabət məsələlərə obyektiv yanaşmanı, qiymətləndirməni bir çox hallarda mümkünsüz edir. Eyni zamanda da, 81 il öncə imzalanan nizamnamə də yeni dünyanın tələblərinə əsla cavab vermir. Qütbləşmənin gücləndiyi bir zamanda təşkilata yeni ruh, yeni siyasi strateji xətt və yeni siyasi balans lazımdır.

Məhz bu səbəbdən də bir sıra hallarda “dünya hökuməti” adlandırılan BMT qlobal miqyasda baş verənlərə operativ yanaşma sərgiləmir. Yaranan yeni reallıqlar və müasir çağırışlar fonunda BMT-də islahatların aparılması tarixi zərurətə çevrilib. BMT-də elə bir mexanizm yaradılmalıdır ki, onun qlobal güc və maliyyə mərkəzlərindən asılılığı aradan qalxsın. Mövcud Nizamnamə və TŞ-nin hazırkı strukturu ilə BMT “dünya hökuməti” funksiyasını həyata keçirmək iqtidarında deyil, daha çox “siyasi alət” qismində çıxış edir. Buradan da dünya nizamının tənzimlənməsində ikili standartlar ortaya çıxır, bütün qlobal proseslər BMT-nin iradəsi ilə deyil, əsasən güc mərkəzlərinin diktəsi ilə yönləndirilir.

Təhlükəsizlik Şurasının dəyişməsi - dəyişən dünyanın yeni reallığı

BMT Təhlükəsizlik Şurasında islahatların aparılması məsələsi artıq uzun müddətdir beynəlxalq gündəmin əsas mövzularından biridir. Dünyanın siyasi, iqtisadi və demoqrafik xəritəsi ciddi şəkildə dəyişdiyi halda, İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal idarəçilik mexanizmlərinin əvvəlki strukturla fəaliyyət göstərməsi getdikcə daha çox müzakirə olunur. BMT Baş katibi Antonio Quterreş də bu reallığı açıq şəkildə ifadə edən əsas beynəlxalq rəsmilərdən biridir. 2023-cü ilin mayında Xirosimada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Quterreş beynəlxalq institutların artıq dəyişən reallıqları tam əks etdirmədiyini bildirmiş və Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı olduğunu vurğulamışdı. BMT-nin özünün yaydığı məlumatda da Baş katibin Təhlükəsizlik Şurası və Bretton-Vuds institutlarının islahatını zəruri hesab etdiyi qeyd olunub.

Məsələ yalnız Şuranın tərkibinin dəyişdirilməsi ilə məhdudlaşmır. Burada əsas suallardan biri dünyanın müxtəlif regionlarının qlobal qərar qəbuletmə prosesində nə dərəcədə təmsil olunmasıdır. Bu gün Asiya, Afrika və Latın Amerikası, hətta Ərəb və Türk dünyası ölkələrinin iqtisadi və siyasi çəkisi əhəmiyyətli dərəcədə artıb. Bununla belə, Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında Afrika və Latın Amerikasından, o cümlədən İslam və Türk dünyalarından heç bir dövlətin təmsil olunmaması qurumun müasir geosiyasi reallıqları nə dərəcədə əks etdirməsi barədə müzakirələri gücləndirir.

Digər mühüm məsələ isə veto mexanizminin yaratdığı məhdudiyyətlərdir. Daimi üzvlər arasında fikir ayrılıqları yarandıqda Şuranın konkret böhranlar üzrə qərar qəbul etmək imkanlarının məhdudlaşması beynəlxalq ictimaiyyət tərəfindən dəfələrlə müzakirə edilib. Bu səbəbdən islahat tərəfdarları daha təmsilçi, effektiv və qərarların icrası baxımından daha işlək mexanizmin formalaşdırılmasını vacib hesab edirlər.

Əslində, beynəlxalq hüququn nüfuzunun qorunması ilə Təhlükəsizlik Şurasının effektivliyi arasında birbaşa əlaqə var. Qətnamələrin qəbul edilməsi qədər onların icrasının təmin olunması da mühümdür. Buna görə də Şuranın yenilənməsi yalnız təşkilati dəyişiklik deyil, beynəlxalq hüququn universal və ardıcıl tətbiqinə olan inamın möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Bu gün əsas məsələ BMT-ni dəyişməkdən daha çox, onu dəyişən dünyanın reallıqlarına uyğunlaşdırmaqdır.

Azərbaycan və Türkiyənin təklifləri...

Qeyd edilməlidir ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. 2013-cü ildə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən 74-cü Baş Assambleyasında çıxışı zamanı “dünya beşdən böyükdür” deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da səsləndirmişdi. Türkiyə Prezidentinin fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Azərbaycan da hər zaman BMT strukturunda islahatların aparılmasına israrlı çağırışlar səsləndirir. Bununla bağlı fikirlərini Prezident İlham Əliyev həm yerli auditoriyalarda, həm də beynəlxalq tədbirlərdəki çıxışlarında birmənalı şəkildə ifadə edir. Sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi: “Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.

Bəli, beynədxalq hüququn təmini ən mütləq şərtdir - Prezident İlham Əliyevin bildirdiyi kimi, “biz hamımız beynəlxalq hüququn üstünlüyünü qəbul edirik və bu gün dünyada beynəlxalq hüquqdan başqa bir mexanizm yoxdur. Ancaq o da həqiqətdir ki, beynəlxalq hüquq bir çox hallarda pozulur və “kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Azərbaycan hər zaman atdığı addımdarda, qəbul etdiyi qərarlarda beynəlxalq hüquqa hörmət və sədaqət nümayiş etdirib. Günümüzün reallığında isə Azərbaycan kimi hüququ ali prinsip kimi qəbul edən dövlətlərin sayı təəssüf ki, azalır. Bunun üçün də BMT mütləq şəkildə islahatlara getməli, beynəlxalq hüququn icrası və təmini üçün daxili resurslarını təkmilləşdirməli, mexanizmlər formalaşdırmalıdır...

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Sentyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri