Icma.az
close
up
RU

Beynəlxalq Karbon Fəaliyyəti Tərəfdaşlığı: Azərbaycanın da COPa ev sahibliyi etməsi xoşdur

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Neft-qaz hasil edən digər dövlətlər kimi, Azərbaycanın da COP-a ev sahibliyi etməsi xoşdur.

Bu sözləri APA-ya açıqlamasında Beynəlxalq Karbon Fəaliyyəti Tərəfdaşlığı katibliyinin rəhbəri Stefano de Klara deyib.

O bildirib ki, rəhbərlik etdiyi təşkilatın Azərbaycan hökuməti ilə tərəfdaşlıq etməsindən məmnun olar: “ICAP emissiya ticarət sistemləri vasitəsilə karbon qiymət siyasəti üzərində işləyən hökumətlərin ortaqlığıdır. Azərbaycanın siyasəti ilə tanış deyiləm, lakin məlumatıma görə, Azərbaycanda karbon qiymət siyasətinin həyata keçirilməsinin potensial araşdırılması ilə bağlı müzakirələr gedir. Biz karbon qiyməti siyasəti üzərində işləyirik. Əgər onlar karbon qiymətləri və ya emissiya ticarəti sistemləri ilə maraqlanırlarsa, biz onlarla işləməkdən məmnunluq duyarıq”.

Stefano de Klara qeyd edib ki, digər neft və qaz hasil edən dövlətlər kimi, Azərbaycanda COP29-un keçirilməsini görmək xoşdur: “Biz Paris Sazişinin məqsədlərinin onlar üçün nə demək olduğunu anlamalı, ilk növbədə onların Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) hədəflərinə və Paris Sazişinin məqsədlərinə necə nail ola biləcəklərini anlamaq prosesindən keçməliyik. COP29-a ev sahibliyi etmək də bu müzakirədə daha yaxından iştirak etmək üçün bir proses ola bilər. Karbon qiymətləri və ya daha geniş şəkildə iqlim siyasəti baxımından ümid edirik ki, COP sədrliyi bu mövzularda Azərbaycan hökuməti ilə daha yaxından əlaqədə olacaq”.

ICAP rəhbəri bildirib ki, Paris sazişi və yeni UNFCCC prosesi bütün ölkələrin fəal iştirakını tələb edən inklüziv prosesdir: “Eyni zamanda, iqlim dəyişikliyi də hər kəsin birgə fəaliyyətini tələb edir. Ona görə də biz neft və qaz hasil edən ölkələrlə də əlaqə qurmağın yollarını tapmalıyıq. Düşünürəm ki, bütün ölkələrin, yəni neft və qaz hasil edən ölkələrin fəal iştirakı olmadan iqlim dəyişikliyinin həlli mümkün deyil. Prosesin bir hissəsi olmaq hər kəs üçün vacibdir.

Ümid edirəm ki, COP29-da ilk növbədə həqiqətən vacib olan yeni qlobal maliyyələşdirmə məqsədləri üzrə razılıq əldə olunacaq. COP prosesi Paris Sazişinin hədəflərinə çatmaq, ən əsası bu hədəflərə çatmaqda inkişaf etməkdə olan ölkələrə dəstək olmaq məqsədi daşıyır. Mən həmçinin Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq və irəliləyiş görməyə ümid edirəm. 6-cı Maddə ölkələr arasında iqlim maliyyəsi axınlarına təkan verə bilər. Bu həmçinin karbon qiymətlərinin müəyyən edilməsi ilə bağlı əlavə tədbirlərə təkan verə bilər. Bakının ev sahibliyi etdiyi COP29 Paris Sazişinin bütün tərəfləri üçün Braziliyada COP30-dan əvvəl yeni və daha iddialı Milli olaraq müəyyən edilmiş töhfələr irəli sürmək üçün müsbət təkan verəcək”.

Nəzrin Cavadzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Noyabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri