Icma.az
close
up
RU
“Distant işin hüquqi çərçivəyə salınması işçilərin hüquqlarını qoruyur, işəgötürənlərə daha çevik idarəetmə imkanı yaradır”

“Distant işin hüquqi çərçivəyə salınması işçilərin hüquqlarını qoruyur, işəgötürənlərə daha çevik idarəetmə imkanı yaradır”

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda məsafədən işləmək qanuniləşir. Milli Məclisin Regional məsələlər komitəsində Əmək Məcəlləsinə təklif olunan dəyişikliklə məsafədən (distant) iş anlayışı rəsmi şəkildə qanunvericiliyə əlavə olunur. Bu barədə “Qafqazinfo” xəbər verir. Layihəyə görə, əmək funksiyası elektron və telekommunikasiya vasitələri ilə işəgötürənin ofisindən kənarda, münasib yerdə yerinə yetirilə bilər.Distant iş zamanı əmək müqaviləsində hansı əlavə şərtlər qeyd olunmalıdır?İşçinin məsuliyyəti, iş saatları, istirahət hüququ tərəflər arasında hüquqi öhdəliklər necə tənzimlənəcək?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına tanınmış hüquqşünas, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, distant iş üzrə əmək müqavilələrini adi əmək münasibətlərinin davamı kimi qiymətləndirmək lazımdır: “Milli Məclisin regional məsələlər komitəsində müzakirəyə çıxarılan son dəyişikliklər göstərir ki, Azərbaycanda əmək hüququ artıq real əmək bazarının çağırışlarına uyğun olaraq modelləşməyə doğru gedir. Rəqəmsal iqtisadiyyatın genişlənməsi, elektron xidmətlərin artması, böyük şirkətlərin hibrid modellərə keçməsi fonunda distant işin hüquqi statusunun müəyyənləşdirilməsi tamamilə zəruridir. Ümumiyyətlə yeni çağırışlarla bağlı bu əmək bazarına təsir göstərir, eləcə də eyni amanda işəgötürənlə işçilər arasında münasibətlərin yeni qaydalarını, o cümlədən əmək müqaviləsinin bağlanması qaydalarına da zəruri edir. Digər tərəfdən bütövlükdə rəqəmsallaşma hər şeyi əhatə etməkdədir, ona görə əmək müqavilələrində belə bir alətlərdən istifadə etmək zəruridir. Digər tərəfdən həm də bəzən elə çağırışlar olur ki, burda artıq birbaşa işi görmək də qeyri-mümkün olur. Məsələn, 2020- ci ildə məlum pandemiya zamanı bütün bir çox müəssisələrdə fəaliyyətlər məhz distant formada həyata keçirilirdi. Əmək münasibətlərinin tənzimlənməsi, yəni artıq müəyyən bir praktika da vardır. Yeni anlayışın Milli Məclisin Əmək Məcəlləsinə daxil edilməsi işçi işəgötürən münasibətlərinə daha şəffaf və hüquq baxımından sabit ediləcəkdir. Distant iş üzrə əmək müqavilələrini adi əmək münasibətlərinin davamı kimi qiymətləndirmək lazımdır, amma iş yerinin əmək mühitindən kənara çıxması bir sıra əlavə hüquqi şərtlərin müqavilədə dəqiq göstərməsini tələb edir. Təcrübə göstərir ki, bu şərtlər həm işçi, həm işəgötürən üçün hüquqi risklər yarada bilər, yaxud yaranır”.

Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev müqavilədə hansı məqamların qeyd olunmasının zəruri olduğunu vurğulayıb: “İşçinin məsafədən hansı funksiyaları yerinə yetirdiyi, tapşırıqların icra üsulu, hesabatların təqdimetmə forması (gündəlik, həftəlik və ya nəticə əsaslı) müqavilədə açıq şəkildə göstərilməlidir. Bu, gələcəkdə “tapşırıq verilməyib” və ya “resurs təmin olunmayıb” kimi mübahisələrin qarşısını almağa yardım edəcək.

Əmək müqaviləsində iş saatları, elastik qrafik, “online” və “offline” rejimlər də öz əksini tapmalıdır. Distant işdə ən həssas məsələlərdən biri iş vaxtının düzgün müəyyənləşdirilməsidir. Bu səbəbdən, gündəlik və ya həftəlik iş saatları, işçinin hansı saatlarda əlçatan olması (məsələn, “online”olma öhdəliyi), eləcə də bu öhdəliyin olub-olmaması açıq şəkildə qeyd olunmalıdır. Bundan başqa, gecə saatlarında, istirahət və bayram günlərində tapşırıq verilməsi şərtləri də müqavilədə öz əksini tapmalıdır. Bu, işçinin daim “online” rejimdə işləməyə məcbur qalmasının qarşısını alır. Bəzən elə fikirləşirik ki, əgər işçi “online” fəaliyyət əmək müqaviləsi şəraitində işləyirsə, bütün vaxtı “online” qalmalıdır. Bu doğru deyil.

Digər tərəfdən Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, distant rejimdə çalışan işçilərə də fasilə və istirahət hüququ təmin edilməlidir. Müqavilədə göstərilir ki, gün ərzində minimal fasilə müddəti nə qədər ola bilər? İşçinin iş saatı bitəndən sonra yazışmaya məcbur edilməməsi qaydasında təsbit eilməsi zəruridir. Həmçinin əmək müqaviləsində ən mühüm məsələlərdən biri də texniki təminat və xərclərin ödənilməsi ilə bağlı olmalıdır. Bu daha çox mübahisə doğuran məsələlərdir. Ona görə də müqavilədə açıq şəkildə göstərilməlidir ki, texniki vasitələri kim təmin edir? “Notebook”, korparativ proqram təminatı, təhlükəsizlik sistemləri bu kimin üzərində qalır? İşçi üzərində , yoxsa işəgötürən? İnternet, elektrik və digər məsrəflərin hansı hissəsi işəgötürən tərəfindən ödənilir? Avadanlıqlarda baş verən texniki nasazlığa görə məsuliyyəti kim daşıyır? Bu yanaşma həm işçinin, həm də işəgötürənin hüquqlarını qorumağa xidmət edəcək.

Dəyişikliklər məsafədən iş sahəsində müəyyən standartlaşmanı təmin etməyə yönəlməlidir. Distant iş zamanı şəxsi kompüterlər və ev şəbəkələrindən istifadə edildiyi üçün işəgötürənin məlumatlarının qorunması xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən əmək müqaviləsində informasiya təhlükəsizliyi ilə bağlı müddəalar da yer almalıdır. Müqavilədə bəzi detallar mütləq göstərilməlidir:

- Məlumatların şifrələnməsi və təhlükəsizlik standartları

- Üçüncü şəxslərlə məlumat paylaşımının qadağan edilməsi

- Kiber təhlükəsizlik qaydalarına riayət və bu qaydaların pozulması halında məsuliyyət.

Bundan əlavə, əmək müqaviləsinin ümumi mahiyyətindən irəli gələrək, distant iş zamanı da işçinin məsuliyyətləri adi iş rejimindəki kimi saxlanmalıdır. Lakin məsuliyyətin sərhədləri daha dəqiq müəyyənləşdirilməlidir. Bu çərçivədə:

- Tapşırıqların vaxtında icrası,

- Texniki vasitələrdən düzgün istifadə,

- Məlumatların itməsi və ya sızması halında məsuliyyət məsələləri də müqavilədə öz əksini tapmalıdır”.

Distant işdə işəgötürən öhdəlikləri necə tənzimlənəcəkdir?

“Yeni mexanizm işçinin hüquqlarının pozulmaması üçün işəgötürən üzərində bir sıra öhdəliklər qoyur. İş şəraitində təhlükəsizliyi təmin etmək. İşəgötürən məsafədən işləyən əməkdaşın təhlükəsiz iş şəraitinə malik olub-olmadığını qiymətləndirməli, ehtiyac yaranarsa, texniki təminat verməlidir. Əməkhaqqı və sosial təminatla bağlı məsələlər də işəgötürənin öhdəlikləri sırasındadır. Distant iş evdə iş demək deyil. Bu yalnız iş yerinin dəyişməsidir. Buna görə də əməkhaqqı əvvəlki normalara uyğun hesablanır. Sosial sığorta, pensiya və digər ödənişlər işlər tam tətbiq edilməlidir. İşçinin statusu heç bir halda zəiflədilə bilməz.

Ən vacib məsələlərdən biri də işəgötürən-işçi münasibətlərində risklərin necə idarə olunmasıdır. Distant işdə əsas risklərdən biri nəticələrin ölçülməsində çətinlikdir. Buna görə də əmək müqaviləsində nəticə indikatorları və onların qiymətləndirilməsi qaydaları əks olunmalıdır.

Digər vacib məsələ əmək intizamının pozulmasıdır - işə gec qoşulma, məlumatlardan yayınma, gec hesabat vermə kimi hallarla bağlı mexanizmlər müqavilədə ayrıca göstərilməlidir. Eyni zamanda məlumatların təhlükəsizliyi və sızmasının qarşısının alınması da əsas risklərdəndir. Bu sahədə məsuliyyət həm işəgötürən, həm də işçi arasında paylaşılmalıdır.

Ümumiyyətlə, yeni dəyişikliklər Azərbaycan Respublikası əmək qanunvericiliyinin müasir iqtisadi tələblərə uyğunlaşdırılmasına xidmət edir. Distant işin hüquqi çərçivəyə salınması işçilərin hüquqlarını qoruyur, işəgötürənlərə isə daha çevik idarəetmə imkanı yaradır. Əsas odur ki, hər bir müqavilə aydın, konkret və detallı hazırlanmalı, iş vaxtı, texniki təminat, təhlükəsizlik və istirahət hüquqları da aydın şəkildə tənzimlənməlidir”-deyə Əliməmməd Nuriyev qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Dekabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri