Icma.az
close
up
RU
Əsl bal belə görünmür: Bir stəkan su ilə saxtanı aşkar edin

Əsl bal belə görünmür: Bir stəkan su ilə saxtanı aşkar edin

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Arıçılıq məhsulları vitamin və qida maddələri ilə zəngin olsa da, bazarda saxta bal hallarına tez-tez rast gəlinir. Əgər pətək sahibi deyilsinizsə, balın təbii olub-olmadığını müəyyənləşdirməyi bilməlisiniz.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssis-arçı Aleksey Melniçenko balın ən çox necə saxtalaşdırıldığını, təbii balın görünüş və qoxu xüsusiyyətlərini və niyə kristallaşmanın keyfiyyət əlaməti olduğunu izah edib.

Balı ən çox necə saxtalaşdırırlar?

Arıçıların bəzən bala müəyyən əlavələr etdiyini Melniçenko təsdiqləyir. Onlardan bəziləri arıların yemlənməsi üçün istifadə olunan şəkər zərərli sayılmasa da, məhsulun təbiliyini azaldır. Şəkər qatılmış bal çox vaxt mayeni xatırladır və heç qalınlaşmır.

“Şəkərin zərəri yoxdur, amma faydası da yoxdur. Təbii bal bahalıdır, çünki onun əldə olunması həm zaman tələb edir, həm də təbii şəraitdən asılıdır. Əgər qiymət həddindən artıq ucuzdursa, deməli, bala şəkər siropu, şəkər tullantıları və ya digər ucuzlaşdırıcılar əlavə edilib”, -  mütəxəssis bildirir.

Bəzən məhsula qarğıdalı siropu, digər şərbətlər və ya patoka da qatılır. Bu halda balın mineral tərkibi azalır və qida dəyəri aşağı düşür.

Təbii bal necə görünməlidir və qalın olmalıdırmı?

Mütəxəssisə görə, təbii balın əsasını fruktoza və qlükoza təşkil edir, tərkibində 17–18 faiz nəm olur və faydalı mikroelementlərlə zəngindir.

Əgər bal saxta deyilsə, qalın olmalıdı, şərbəkləşmiş kimi çox maye olmamalıdır. Yüngül, şərbətə bənzər maye bal çox vaxt saxtalaşdırma əlamətidir.

Balın təbiliyini müəyyənləşdirməyin digər üsulu isə onun qoxusuna diqqət etməkdir. Hər sortun özünəməxsus təbii ətri olur. Saxta bal isə ya qoxusuz olur, ya da sadəcə şəkər şərbətinə bənzəyən süni qoxu verir.

Bal niyə kristallaşır?

Melniçenko izah edir ki, balın kristallaşması təbii prosesdir və onun keyfiyyət göstəricisidir.

Kristallaşmaya təsir edən əsas amillər:

1. Balın mənşəyi

Məsələn, kələm balı 1 həftəyə kristallaşır, günəbaxan balı təxminən 1 aya bərkiyir. Çiçək balı daha gec kristallaşır. 

Akasiyalı bal uzun müddət maye qalır, çünki fruktoza çox, qlükoza azdır. Bu səbəbdən akasiya balı hətta diabet xəstələrinə məsləhət görülə bilir, qan şəkərini kəskin artırmır.

2. Nəmlik dərəcəsi

Bal vaxtından əvvəl yığılıbsa, maye qalır və bu, təbii keyfiyyətinin aşağı olması deməkdir. 

Mütəxəssis vurğulayır: “Saxta balın çox vaxt kristallaşmaması onun süni olduğunu göstərir. Kristallaşma təbii balın əsas əlamətlərindən biridir”.

Ev şəraitində balı necə yoxlamaq olar? 1. Su testi

Bir damcı balı suya salın. Təbii bal dibə çökür və dərhal həll olmur. Saxta bal suya dəyən kimi dərhal həll olmağa başlayır.

2. İsti su testi

Balı ilıq suya əlavə edin. Təbii bal təbii aroma yayır. Saxta bal isə heç bir qoxu vermir.

3. Karamelləşmə testi

Saxta bal qızdırıldıqda tez karamelləşir.

4. “Səth testi”

Balı boşqabın üstünə qoyun, üstünə soyuq su tökün və yüngülcə çalxalayın. Təbii bal arı şanına bənzər naxışlar yaradır. Saxta bal isə belə struktura malik olmur.

5. “Dəri testi”

Bir damcı balı dəriyə damcıladın və ovuşdurun. Təbii bal krem-konsistensiyalıdır, tez hopur. Saxta bal isə su kimi yayılır və dəridə yapışqan hiss yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri