Beynəlxalq konfrans iştirakçılarının Qarabağ səfəri başa çatdı
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfəri başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 9-10-da konfrans iştirakçıları Xocalı, Füzuli, Ağdam və Laçın rayonlarında, həmçinin Şuşa şəhərində olublar.
Səfər çərçivəsində nümayəndə heyəti Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edib, Şuşanın görməli yerləri ilə tanış olub, Ağdam və Füzulidə aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumat alıb.
Səfərin son günündə – oktyabrın 10-da nümayəndə heyəti Laçın rayonunun Zabux kəndinə gəlib. Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov qonaqlara kənd barədə məlumat verib.
Daha sonra iştirakçılar Həkəri çayının sahilində yaradılmış bulvanda olublar. Laçın şəhərində seyrangahdan şəhəri izləyən nümayəndə heyəti Heydər Əliyev küçəsinə də baş çəkib.
Səfərdə Azərbaycanda akkreditə olunmuş səfirlər və attaşelər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin xarici dövlətlərin sabiq dövlət və hökumət başçıları iştirak ediblər.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Konfrans “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusuna həsr olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 10 Oktyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















