Icma.az
close
up
RU
Beynəlxalq Simpoziumun iştirakçıları azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb

Beynəlxalq Simpoziumun iştirakçıları azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 iyun, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 18-də “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova Azərbaycan paytaxtının hazırda həm simpozium, həm də regionda parlamentlərarası əməkdaşlığın mühüm mexanizmi olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Assambleyasına uğurla ev sahibliyi etdiyini deyib. Belə tədbirlərin təşkilinin, beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlərin müzakirəsi üçün platformanın təmin olunmasının Azərbaycanın baxışını, dialoqa və əməkdaşlığa sadiqliyini əks etdirdiyini vurğulayıb. Qeyd edib ki, bu, ciddi problemlərlə üzləşən dünyada yalnız birgə səylər və koordinasiya ilə ümumi məqsədlərə və mühüm nəticələrə nail ola biləcəyimizə inamın təzahürüdür.

Görüşdə qonaqlara Azərbaycanın inkişaf yolu və insan hüquqları sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

S.Qafarova Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı, şəhər və kəndlərimizin, infrastrukturun, tarixi, dini, mədəni irsin tamamilə dağıdılması haqqında da danışaraq deyib ki, burada söhbət həm də insan hüquqlarının, xalqımızın əsas azadlıqlarının pozulmasından gedir. Onun sözlərinə görə, Azərbaycan xalqı etnik təmizləmə və soyqırımı ilə üzləşmiş, öz yurd-yuvasından didərgin düşməyə məcbur olmuşdur. Qeyd olunub ki, işğal edilmiş ərazilərdən 750 mindən çox məcburi köçkün, həmçinin Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı 1980-ci illərin sonlarında, hələ münaqişə başlamamış öz doğma yurdlarından didərgin salınıb. Ağır sosial-iqtisadi yükə baxmayaraq, dövlətimiz onların ehtiyaclarını ödəmək, təməl hüquqlarını təmin etmək üçün bütün lazımi tədbirləri gördü. Bu mənada, ərazilərimizin işğaldan azad edilməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası həm də insan hüquqlarının və əsas azadlıqların təntənəsidir. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılıb.

Parlamentin sədri aradan qaldırılmalı olan bəzi məsələlərdən də danışıb. O, xüsusilə Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüquqlarının təmin edilmədiyini, Ermənistanın hələ də buna məhəl qoymadığını söyləyib.

Görüşdə çıxış edən Türkiyənin baş ombudsmanı Mehmet Akarca, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının İcraçı katibi Almas Ali Jovindah, Özbəkistan Ali Məclisinin İnsan Hüquqları üzrə müvəkkili Feruza Eşmatova, Slovakiya ombudsmanı Robert Dubrovodski simpoziumda müzakirə olunan mövzuların aktuallığı və əhəmiyyəti ilə bağlı fikirlərini səsləndiriblər. Həmçinin insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Bu sahədə qanunverici orqanların mühüm rolu xüsusilə qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri