Icma.az
close
up
RU
Beynəlxalq konnekturanın indiki halında Ermənistanın perspektivləri qaranlıq görünür ŞƏRH AZƏRTAC

Beynəlxalq konnekturanın indiki halında Ermənistanın perspektivləri qaranlıq görünür ŞƏRH AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən qeyd etməliyəm ki, 2024-cü ildə iki ölkə arasındakı proseslərdə müəyyən irəliləyişlər oldu. İlk növbədə, həmin ilin aprelində delimitasiya və demarkasiya komissiyalarının razılaşmasını və bu razılıq nəticəsində sərhədin 12,7 kilometrlik hissəsinin delimitasiya olunmasını misal çəkə bilərik. Daha sonra hər iki ölkənin komissiyalarının birgə fəaliyyət haqqında əsasnaməsinin 2024-cü ilin avqustunda razılaşdırılmasını qeyd etmək olar. Eyni zamanda, sülh sazişinin layihəsinin 17 maddəsindən 15-nin razılaşdırılması da bu irəliləyişlər arasında göstərilə bilər. Amma bununla belə, iki ölkə arasındakı münasibətlərdə hələ də müəyyən maneələr və problemlər mövcuddur. Bu problemlər, ilk növbədə, Ermənistanın destruktiv mövqeyi, ölkədə revanşizmin getdikcə çoxalması, aktiv militarizasiya siyasəti və Fransa kimi Cənubi Qafqazda yalnız öz geosiyasi ambisiyalarını güdən ölkələrin Ermənistanı əlaltısı və forpostu kimi istifadə etməsindən qaynaqlanır. Prezident İlham Əliyevin də öz çıxışında vurğuladığı kimi, Ermənistanın Qazax rayonunun dörd kəndini qaytarması əslində Ermənistanın istəyi ilə deyil, Azərbaycanın tələb irəli sürməsi nəticəsində baş verdi. Biz bilirik ki, Ermənistan indiyə qədər heç vaxt Azərbaycana hansısa ərazini geri qaytarmaq istəyində olmayıb – nə münaqişə dövründə, nə də münaqişədən sonra.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları Ermənistanı Azərbaycanın şərtlərinə ciddi yanaşmağa vadar etdi və nəticədə həmin dörd kənd geri qaytarıldı. Hələ 2024-cü ilin fevralında Prezident İlham Əliyev çıxışında bildirmişdi ki, dörd kənd qeyd-şərtsiz geri qaytarılmalıdır və belə də oldu. Burada əsas amil Azərbaycanın iradəsi və prinsipial mövqeyidir. Ermənistanın silahlanması məsələsinə gəlincə, Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Ermənistanın aktiv şəkildə silahlanması, militarizasiya siyasəti regional sülhə və sabitliyə, eləcə də iki ölkə arasındakı münasibətlərin nizamlanmasına ciddi əngəl törədir. Beynəlxalq münasibətlərdə “təhlükəsizlik dilemması” adlı konsepsiya var. Bu konsepsiyaya əsasən, hansısa dövlətin aktiv silahlanması həmin regionda yerləşən digər dövlətlərin də silahlanmasına səbəb olur və nəticədə bu, ölkələr arasında silah yarışına gətirib çıxarır. Bu da regionun təhlükəsizliyi və sabitliyini daha böyük təhdid altına salır. Hazırda bu silah yarışının əsas təşəbbüskarı Ermənistandır. Biz bilirik ki, son illərdə Ermənistanın hərbi büdcəsi həndəsi silsilə ilə artır. Ermənistan həm Fransadan, həm Hindistandan, həm də digər ölkələrdən hərbi texnika almağa davam edir. Son bir neçə ildə Ermənistanla Fransa arasında üç hərbi texniki əməkdaşlıq razılaşması imzalanıb. Bütün bu proseslər açıq şəkildə göstərir ki, Fransanın bölgədə sülh yaratmaq kimi bir niyyəti yoxdur. Onun əsas istəyi Cənubi Qafqazda postkolonial məqsədlərinə nail olmaqdır. Bu gün Afrika, Uzaq Şərq və Yaxın Şərq regionlarında təsir dairəsini itirən Fransa indi Qafqaza və Mərkəzi Asiyaya yönəlib və bu məqsədlərinə çatmaq üçün Ermənistandan bir forpost kimi istifadə edir.

“Azərbaycan bununla bağlı öz şərtlərini açıq-aşkar şəkildə irəli sürüb. Dövlətimizin başçısı bir mənalı şəkildə qeyd edib ki, Ermənistan dərhal silahlanmanı dayandırmalı, alınan silahları geri qaytarmalı və bütün kontraktlara xitam verməlidir. Yəni, əks təqdirdə bundan ziyan görən, ilk növbədə, Ermənistan olacaqdır. Birincisi, Ermənistan nə qədər silahlanırsa silahlansın, heç bir halda Azərbaycanla bu yarışda hər hansı bir üstünlük əldə də bilməyəcək. Digər tərəfdən bu silahlanma sülh prosesinə əngəl törədir. Həmçinin bu, Ermənistanın özü üçün də böyük problemdir. Çünki Ermənistan bir iqtisadi bataqlıqdadır. Bu iqtisadi bataqlıq fonunda onun hərbi sahəyə bu qədər maddi vəsait ayırması ölkənin gələcək inkişafı üçün də ciddi əngəl törətməkdədir. Ermənistanı silahlandıran güclər bu gün müxtəlif sahələrdə bu ölkə ilə razılaşmalar imzalayır. Buna 2024-cü il aprelin 5-də Avropa İttifaqı, ABŞ və Ermənistan arasında imzalanan razılaşmanı misal çəkə bilərik. Bu razılaşmanın həm qeyri-hərbi, həm də hərbi tərəfləri mövcud olsa da, hərbi tərəfləri mediaya açıq şəkildə elan edilmədi. Bütün bu proseslər göstərir ki, bəzi Qərb dövlətləri Ermənistanı yalnız öz maraqları üçün istifadə edirlər. Onların əsas məqsədi Ermənistanın gələcəyi və rifahı deyil”, - deyə politoloq qeyd edib.

Sultan Zahidov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin söylədiyi kimi, Ermənistan dövlətinin formalaşmasının əsasında faşist ideologiyaları dayanır. “Miatsum” və “Böyük Ermənistan” kimi şüarlar Ermənistanın millətçi mövqeyini və faşist ideologiyasını açıq şəkildə nümayiş etdirir. Məsələn, 1980-ci illərdə “Miatsum” hərəkatı başlayanda ermənilər azərbaycanlıları kütləvi şəkildə Ermənistandan deportasiya etdilər. Həmin dövrdə 300 minə yaxın azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin düşdü. Birinci Qarabağ müharibəsi dövründə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qətliamları və etnik təmizləmə siyasətini də misal çəkmək olar. Həmin dövrdə Ermənistan Azərbaycanın tarixi və mədəni irsini məhv edirdi ki, bölgədə azərbaycanlılara aid heç bir iz qalmasın. Bu faktlar Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətini və faşist ritorikasının elementlərini bir daha təsdiqləyir. Ermənistan hökuməti vaxtilə öz torpaqlarından qovulmuş Qərbi azərbaycanlıların geri qayıtmasına da mane olur. Onların çağırışlarına cavab vermir, geri qayıdış hüququnu tanımır. Bu, hazırkı Ermənistan hökumətində də millətçi-faşist elementlərinin mövcudluğunu göstərir.

“Reallıq isə ondan ibarətdir ki, bu gün geosiyasi vəziyyət dəyişir. Ermənistanın beynəlxalq himayədarları zəifləməkdədir. ABŞ-da Ermənistanla bir o qədər də yaxın olmayan Tramp administrasiyası hakimiyyətə gəlir. Fransada Makron hökuməti ciddi sosial və iqtisadi problemlərlə üzləşir. Digər tərəfdən, Ermənistanın müttəfiqi Bəşər Əsəd rejimi devrilib, Rusiya-Ermənistan münasibətlərində isə ciddi soyuqluq müşahidə olunur. Bütün bu faktorlar heç də Ermənistan lehinə deyil. Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın sülh təşəbbüslərinə müsbət yanaşmaqdır. Bu, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk qrupunun ləğvi, məhkəmələrdəki qarşılıqlı iddialardan imtina və sərhədlərdə üçüncü tərəf qüvvələrinin olmaması şərtlərini əhatə edir. Yalnız bu yolla Ermənistan öz gələcəyini, inkişafını təmin edə bilər. Yəni, əks təqdirdə həm Azərbaycanla, həm Türkiyə, həm də Rusiyaya ilə problemli münasibətlər şəraitində və beynəlxalq konnekturanın indiki halında Ermənistanın perspektivləri kifayət qədər qaranlıq görünür. Zəngəzur dəhlizinin açılması məsələsi də gündəmdədir. Ermənistan bu prosesi uzatmağa çalışsa da, Prezident İlham Əliyevin açıq şəkildə qeyd etdiyi kimi, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Çünki bu dəhlizin açılması yalnız Azərbaycan-Ermənistan münasibətlərində deyil, bütövlükdə region üçün sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf baxımından əhəmiyyətli olacaq”, - deyə politoloq vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see178

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see167

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri