Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Beynəlxalq Kosmik Stansiya mübahisəsi: Okeana düşəcək, amma...

Beynəlxalq Kosmik Stansiya mübahisəsi: Okeana düşəcək, amma...

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NASA-nın istismardan çıxarılacaq Beynəlxalq Kosmik Stansiyanı 2031-ci ildə Sakit okeana endirmək planı ekoloji təşkilatların sərt tənqidinə səbəb olub. Tənqidçilər hesab edirlər ki, açıq dənizləri qoruyan aydın beynəlxalq hüquqi mexanizmlərin olmaması kosmik agentliklərə okeanlardan faktiki olaraq tullantı sahəsi kimi istifadə etməyə imkan verir.

Qaynarinfo xəbər verir ki, bəşəriyyətin orbitdəki ən böyük qurğusu olan Beynəlxalq Kosmik Stansiyanın yaxın illərdə istismardan çıxarılması planlaşdırılır. Lakin "NASA”nın bu prosesi həyata keçirmə ssenarisi ekoloji təşkilatlar və dövlət nəzarət qurumları arasında ciddi müzakirələrə səbəb olub.

Rəsmi plana əsasən, proses 2028-ci ildə stansiyanın Rusiya seqmentinin həyata keçirəcəyi manevrlərlə başlayacaq. Daha sonra "SpaceX” tərəfindən hazırlanmış xüsusi kosmik aparat stansiyaya birləşdirilərək onu okeana doğru istiqamətləndirəcək. Əsas əməliyyatın 2030-cu ilin sonu və ya 2031-ci ilin əvvəlində həyata keçirilməsi nəzərdə tutulur. Hədəf isə Sakit okeandakı ən ucqar nöqtələrdən biri olan "Nemo Point”dir.

Hüquqi boşluq narahatlıq yaradır

Vaşinqtonda fəaliyyət göstərən "Ocean Foundation” təşkilatının prezidenti Mark Spoldinq hesab edir ki, bu əməliyyat beynəlxalq hüquqda ciddi boşluqları üzə çıxarır.

Hazırkı Kosmik Məsuliyyət Konvensiyasına əsasən, kosmik tullantılar hər hansı dövlətin ərazisinə zərər vurarsa, onları orbitə çıxaran ölkə kompensasiya ödəməlidir. Lakin söhbət açıq dənizlərdən getdikdə kosmik agentliklərin nə təmizləmə, nə də ekoloji bərpa ilə bağlı hüquqi öhdəliyi mövcuddur. Buna görə də agentliklər idarə olunan enişlər zamanı bu hüquqi boşluqdan istifadə edərək okeanları hədəf seçirlər.

Ekoloji təsirlərlə bağlı suallar qalır

Mütəxəssislərin fikrincə, futbol meydançası böyüklüyündə olan bu qurğunun atmosferə daxil olması zamanı bütün hissələri tamamilə yanmayacaq. Ağır metallardan ibarət qalıqlar dəniz dibinə çökdükdə həssas ekosistemə necə təsir göstərəcəyi isə hələ də məlum deyil.

Bundan əlavə, bu miqyasda idarə olunan enişin atmosferə uzunmüddətli məcmu təsirləri də kifayət qədər araşdırılmayıb.

Mark Spoldinq milli yurisdiksiyadan kənarda yerləşən dəniz mühitinin qorunmasını nəzərdə tutan "BBNJ” Açıq Dənizlər Sazişinin bu əməliyyata tətbiq edilməsinin vacibliyini vurğulayır.

Əməliyyatdan əvvəl şəffaflıq tələb olunur

"Ocean Foundation” Sakit okeanda həyata keçiriləcək əməliyyatdan əvvəl bir sıra addımların atılmasını tələb edir. Təşkilatın fikrincə, aşağıdakı tədbirlər həyata keçirilməlidir:

* Dəniz dibinə düşəcək qalıqların və atmosferə mümkün təsirlərin hərtərəfli ekoloji qiymətləndirilməsi aparılmalıdır;

* Okeana düşəcək bütün materialların siyahısı ictimaiyyətə tam şəkildə açıqlanmalıdır;

* "London Protocol” və BMT-nin Dəniz Hüququ Konvensiyası çərçivəsində hüquqi öhdəliklər ətraflı təhlil edilməlidir.

Ekoloji təşkilatlar bildirirlər ki, açıq dənizlərin hüquqlarını qoruyan vahid beynəlxalq qurum yoxdur. Onların fikrincə, bəşəriyyət kosmosdakı nailiyyətlərinin ekoloji yükünü müdafiəsiz dəniz ekosistemlərinin üzərinə qoymaqdan imtina etməlidir. Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılması prosesi açıq dənizlərlə bağlı beynəlxalq hüquqdakı boşluqların aradan qaldırılması istiqamətində mühüm dönüş nöqtəsinə çevrilə bilər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 İyun 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see363

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see317

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see283

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see259

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see256

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see247

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see236

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see230

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see228

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see226

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see210

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see209

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see206

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see203

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see202

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see201

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see198

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see197

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see187

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri