Icma.az
close
up
RU
Mahirə Nağıqızının bədii yaradıcılığına həsr edilmiş monoqrafiya nəşr olunub

Mahirə Nağıqızının bədii yaradıcılığına həsr edilmiş monoqrafiya nəşr olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 oktyabr, AZƏRTAC

AMEA Folklor İnstitutunun mifologiya şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin “Mahirə Nağıqızının bədii yaradıcılığı” monoqrafiyası işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı Hüseynovanın poeziya və nəsr-hekayə yaradıcılığının tədqiqinə həsr olunub. Girişdə müəllif kitabın yazılma səbəblərinə, aktuallığına nəzər salır, əhəmiyyətindən söhbət açır.

“Mahirə Nağıqızı poeziyasında ana, vətən müqəddəsliyi və vətənpərvərlik duyğularının tərənnümü” adlı birinci fəsildə qeyd edilir ki, onun əsərlərində bu iki amil daha qabarıq şəkildə özünü göstərir. Alim bu fəsildə ana, vətən və vətənpərvərlik mövzusu ilə bağlı şeirləri təhlil edir, müasir dövrdə bu cür ülvi duyğuların gənc nəslə aşılanmasının xüsusi əhəmiyyətini diqqətə çəkir.

Şakir Albalıyev monoqrafiyanın ikinci fəslini “Poeziyada təbiət mövzusu, vətən gözəlliyinin təcəssümü. Dünya, həyat və insan haqqında fəlsəfi-poetik düşüncələr” adı altında təqdim edir. Müəllif bu bölmədə M. Nağıqızının təbiət və vətən gözəlliyini vəsf etdiyi poetik örnəkləri təhlil müstəvisinə gətirir. Habelə şairənin dünyanın yaranışı, həyatla bağlı, eləcə də insan obrazına verdiyi poetik dəyərlə bağlı ədəbi-fəlsəfi fikirlərini şərh edir.

Monoqrafiyanın üçüncü fəsli “Pedaqoji-didaktik səciyyəli şeirlər və xalq həyatını əks etdirən hekayələr” adlanır. Tədqiqatçı bu fəsildə M.Nağıqızının şeirləri ilə yanaşı, nəsrini - hekayə yaradıcılığını da təhlil edir. Müəllifin poeziyası ilə bərabər, hekayələrində də vətənpərvərlik duyğularını əks etdirdiyini, xalq həyatının etnoqrafik lövhələrini təsvirdə canlandırdığını diqqətdə saxlayır.

“Nitq hissələri və əvəzlik mövzuları poeziya qanadlarında”, “Cümlə və işarələrin fəlsəfi poetikası”, “Şeirdə və nəsrdə xalq bayramlarının təsviri”, “Ailə-məişət lövhələrinin etnoqrafik təqdimi” və başqa paraqraflarda Mahirə xanımın yaradıcılığındakı pedaqoji-didaktik motivlər və hekayələrinin mövzu qaynağı ətraflı şəkildə araşdırılır.

Bu monoqrafiya professor Mahirə Nağıqızının bədii yaradıcılığının sistemli şəkildə tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see145

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see138

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri