Icma.az
close
up
RU
Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Maqsud İbrahimbəyovun zəngin yaradıcılıq irsindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Maqsud İbrahimbəyovla bağlı xatirələrini bölüşüb. O, görkəmli sənətkarla uzun illər davam edən dostluğundan söz açaraq bildirib ki, Maqsud İbrahimbəyov təkcə istedadlı yazıçı və dramaturq deyil, həm də dərin intellektə və güclü yumora malik bir insan olub.

Xalq yazıçısı çıxışında Maqsud İbrahimbəyovun özünəməxsus yumor hissindən danışaraq, onun zarafatlarının hər zaman düşündürücü və incə məna daşıdığını bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxışında Maqsud İbrahimbəyovu qeyri-adi yumor hissinə və incə zarafatlara sahib bir şəxsiyyət kimi xatırladığını qeyd edib. Polad Bülbüloğlu Maqsud İbrahimbəyovla dostluq dövründə onun ssenaristi olduğu filmlərinə, tamaşalarına musiqi bəstələdiyini bildirərək deyib: “Bu, sadə dostluq deyil, deyərdim ki, yaradıcılıq dostluğudur. Maqsud həmişə iradəli və məqsədyönlü idi, eyni zamanda o, zarafatları ilə bizi həmişə güldürərdi”.

Onun sözlərinə görə, Maqsud İbrahimbəyovun zarafatları və aforizmləri indiyə qədər yaşayır, dilə gətirilir.

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxışında bildirib ki, Maqsud İbrahimbəyovun şəxsiyyətinin miqyası, intellekti və insani cazibəsi onun yaradıcılığını da üstələyirdi. O, Maqsudu dövrünü müşahidə edən, dərin düşüncəli və tamamilə qərəzsiz bir şəxs kimi xarakterizə edib. M.Qusman, həmçinin vurğulayıb ki, İbrahimbəyov güclü yumor hissinə malik, insanlarla asanlıqla ünsiyyət quran biri olub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Maqsud İbrahimbəyovun çox qürurlu bir insan olduğunu bildirib. O, yazıçı ilə uzun illərə dayanan dostluğundan söz açaraq, M.İbrahimbəyovun yüksək mənəvi dəyərlərə sahib, zəngin intellektə malik və cəmiyyətə böyük töhfələr vermiş bir şəxsiyyət olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin yazıçının ssenari müəllifi olduğu filmlərdən seçilmiş fraqmentlər təqdim olunub.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova gecənin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə dərin təşəkkürünü bildirib.

Çıxışlardan sonra Maqsud İbrahimbəyovun “Püstə ağacı” əsəri əsasında hazırlanmış və Vaqif Əsədovun rejissoru olduğu eyniadlı mono-tamaşanın nümayişi olub.

Qeyd edək ki, Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi Prezident İlham Əliyevin 2025-ci il 13 fevral tarixli Sərəncamına əsasən təşkil olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri