Icma.az
close
up
RU
Beynəlxalq müsabiqənin qalibi Ayan Əhmədzadə: Musiqinin mənim üçün çətin tərəfləri yoxdur

Beynəlxalq müsabiqənin qalibi Ayan Əhmədzadə: Musiqinin mənim üçün çətin tərəfləri yoxdur

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın yeniyetmə musiqiçisi, Şəki şəhər 3 nömrəli Uşaq İncəsənət Məktəbinin 6-cı sinif şagirdi, 13 yaşlı Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən "WORLD TALENT AWARD" beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə birinci yerə layiq görülüb.

Oxu.Az Ayan Əhmədzadə ilə həmsöhbət olub.

O, gələcəkdə piano üzrə karyerasını davam etdirmək istəyir:

"Musiqi insanda hər sahəyə maraq, stimul, həvəs yaradır. Bu sahədə karyeramı davam etdirməyimin çox yaxşı seçim olacağını düşünürəm. Hazırkı uğurumu 3 saylı Şəki Musiqi Məktəbinin müəllimi Sevinc Cəfərovaya borcluyam. 6 il Şəki 1 saylı Regional Uşaq İncəsənət Məktəbində oxuyarkən Rusiyada da birincilik qazanmışam. Bu uğurum da Kübra müəllimin sayəsində baş tutmuşdu".

Uşaqlıqdan musiqiyə həvəsinin olduğunu vurğulayan Ayan Əhmədzadə balaca vaxtından piano oyuncaqları ilə çox oynadığını söyləyib:

"Babam həmişə yolda gedəndə muğam qoşardı, onu dinləyərdim. Muğama da xüsusi marağım olub. Ümumilikdə uşaqlıqdan musiqiyə həvəsim olub. Piano oyuncaqları ilə oynayardım. Musiqinin mənim üçün çətin tərəfləri yoxdur. Mən ifa edərkən zövq alıram. Musiqi mənim üçün sanki yeni yolu açan bir açar kimidir".

Həmçinin Şəki şəhər 8 nömrəli tam orta məktəbin 7-ci sinfinin də şagirdi olan Ayan əlaçıdır:

"Hazırda hansı qrup üzrə imtahanda iştirak edəcəyimi bilmirəm. Amma böyük ehtimal, konservatoriya üzrə təhsilimi davam etdirəcəyəm".

O, uğurunun sirrini də bölüşüb:

"Uğur qazanmaq üçün hər kəs qarşısına məqsəd qoymalıdır. Bu məqsədə çatmaq üçün çox çalışmalıdır. Gecə-gündüz işləməlidir. Eyni zamanda, həvəs də olmalıdır. Həvəs olmasa, insanda heç nə yaxşı alınmır".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 İyun 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri