Beynəlxalq nizamda balans Rusiyanın xeyrinə dəyişir
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"ABŞ Administrasiyasının Ukrayna -Rusiya müharibəsi ilə bağlı sistemsiz, dalğavari, ziddiyyətli yürütdüyü siyasət Moskvanın inamını artırmaqdadır. D.Trampın hakimiyyətinin ikinci dönəmində məsələlərə biznes və şəxsi maraqlar çərçivəsindən yanaşması və Putinin barışmaz mövqeyi səbəbindən sülh təşəbbüsləri hələ də müsbət nəticəsini vermir. ABŞ-ın İrana hücumundan sonra beynəlxalq nizamda balans Rusiyanın xeyrinə dəyişir. Hörmüz boğazının bağlanması Rusiya nefti və qazına olan təlabatı artırıb".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, İranla müharibənin uzanması fonunda dünya bazarında neftin qiymətinin artması, ABŞ-da yanacağın xüsusən də dizel yanacağının bahalaşması, artan iqtisadi və sosial problemlər, daxildəki siyasi təzyiqlərin genişlənməsi D.Trampa çıxış yolu kimi Putinlə sövdələşməyə təhrik edir:
"Kremllə razılaşmaq və onun resurslarına çıxış etmək imkanı qazanmaq üçünsə asan yol Ukraynanın güzəştlərə məcbur etməkdir. Vaşinqton Kiyevə təzyiqləri müxtəlif vasitələr və istiqamətlərlə göstərməklə öz istəyinə nail olmaq istəyir. Ağ Evin müharibənin həllinə Qərbin iştirakı olmadan həyata keçirmək siyasəti yenə uğursuzluğa düçar olacaq. Üstəlik Kiyevdən həddən artıq şey istənilir ki, buna Ukraynanın razı olacağı gözlənilmir. Qərb üçün Ukrayna təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda zəngin təbii resursa malik iqtisadi gücdür. Yəni söhbət milyardlarla dollarlıq nadir torpaq minerallardan, faydalı qazıntılardan gedir. Odur ki, sülh prosesində Qərbin və Ukraynanın maraqları nəzərə alınmadan ABŞ-ın təkbaşına hər şeyə nail olacağına imkan verməzlər".
Süleyman
Bu mövzuda digər xəbərlər:Bu, beynəlxalq vəziyyəti Rusiyanın xeyrinə dəyişə bilər AÇIQLAMA
20 Noyabr 2025 20:46
Rusiyanın beynəlxalq ehtiyatları kəskin artıb
20 Noyabr 2025 21:13
Rusiyanın gerbi dəyişir
01 Dekabr 2025 19:25
Tramp Rusiyanın beynəlxalq yarışlardan kənarlaşdırıldığını bilmirmiş
09 May 2025 11:00
Zelenski: Rusiyanın raket hücumları beynəlxalq cinayətdir
23 Noyabr 2024 13:07
Baxış sayı:126
Bu xəbər 21 Oktyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















