Icma.az
close
up
RU
Tramp Rusiyanın beynəlxalq yarışlardan kənarlaşdırıldığını bilmirmiş

Tramp Rusiyanın beynəlxalq yarışlardan kənarlaşdırıldığını bilmirmiş

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

FİFA prezidenti Canni İnfantino ilə ABŞ prezidenti Donald Tramp arasında görüş keçirilib.
“Football-plus.az” xəbər verir ki, görüşdə həm iyunda 32 komandanın iştirakı ilə keçiriləcək Klublararası Dünya Çempionatı, həm də DÇ-2026 ilə bağlı məsələlər müzakirə olunub.
Hər iki turnirə bilindiyi kimi ABŞ ev sahibliyi edəcək. Amma DÇ-2026-ya ABŞ tək yox, Kanada və Meksika ilə birlikdə ev sahibliyi edəcək. İndidən irəli sürülən mülahizələrə görə turnirin gedişində başqa ölkələrdən Amerikaya ən azı 8 milyon futbolsevər gələcək. Bu arada Trampla İnfantino təkbətək görüşün ardından birlikdə jurnalistlər önünə çıxaraq onlara ünvanlanan sualları cavablandırıblar.
Bir jurnalistin Rusiyanın mundiala buraxılıb-buraxılmayacağı ilə bağlı sualı Trampın təəccübünə səbəb olub. Sən demə ağ evin rəhbəri Rusiyanın Ukraynaya hərbi təcavüzə görə həm klub, həm də yığma səviyyəsində yarışlardan kənarlaşdırıldığını bilmirmiş. O, həmin məqamda üzünü İnfantinoya tutaraq bu olayın ona izah edilməsini istəyib. FİFA prezidenti isə ''bəli, onlar cəzalanıblar, amma ümid edək ki, bu mövzuda bir yenilik baş verəcək və sülh elan olunacaq. O zaman Rusiya da yarışlara qayıdacaq. Ümidimiz məhz bu yöndədi'' ifadəsini işlədib. Bundan başqa Trampa DÇ-2026-nın gedişində Fələstin lehinə tezahürat səsləndirən futbolsevərlərə qarşı hər hansı bir sanksiya tətbiq olunub-olunmayacağı ilə bağlı da sual ünvanlanıb. Trampın cavabı belə olub:

''Xeyir, bununla bağlı heç bir sanksiya tətbiq olunmayacaq. İnsanların hər hansı bir mövzuda etiraz etmək haqları var. Amma ''çərçivələri'' aşmamaq şərti ilə''.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 May 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri