Beynəlxalq parlament konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq parlament konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçılarına Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir.
Sonra qonaqlar 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar.
Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olan konfrans iştirakçılarına məlumat verilib ki, Muzey təşkil edilərkən Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey, həmçinin Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan, interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyətə malikdir.
Mərkəzdə “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanışlıq zamanı bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin çoxəsrlik tarixinə, mədəni irsinə dair eksponatlar nümayiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 06 Dekabr 2024 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















